Su təchizatı 

Qısa xülasə

2017-ci ildə Azərbaycanın cəmi əhalisinin 50.9%-i mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmuşdur. Su təchizatı sənayesinə qoşulan əhalinin sayı 2005-ci illə müqayisədə 2017-ci ildə 9.3% artmışdır. Mütləq ifadədə, eyni dövrdə kommunal su təchizatı şəbəkəsinə qoşulan cəmi əhali 41.6% artmışdır. Nəql zamanı su itkiləri su təchizatı sektorunda əsas narahatlıq yaradan problem olaraq qalmışdır. 2019-cu ildə cəmi su təchizatının 42.7%-i suyun nəqli zamanı itkiyə getmişdir.

Azərbaycan vətəndaşlarının su təchizatı xidmətlərinə çıxış faizi artırmı?

Su təchizatı sənayesinə qoşulan əhali (2005-2017)


Su təchizatı sənayesi tərəfindən təchiz olunan suyun xalis həcmi və nəql zamanı itkilər (2005-2019)


2019-cu ildə su təchizatı sistemi vasitəsilə 673.7 milyon m3 su təchiz olunmuşdur ki, onun da 287.35 milyon m3-i su təchizatı şəbəkəsində itkiyə getmişdir, bu isə cəmi təchiz olunan suyun 42.7%-nə bərabərdir. Cəmi təchiz olunan su 2005-2019-cu illər arasında nisbətən artmışdır (2.1%). Eyni zamanda, adambaşına xalis su istehlakı 2005-ci ildə 150 m3/ildən 2017-ci ildə 54.6 m3/ilə qədər əhəmiyyətli dərəcədə azalmışdır.  Bununla belə, su itkilərinin artan payına görə, cəmi su təchizatı azalmışdır.

2005-ci ildə əhalinin yalnız 41.6%-i mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmuşdur. Suyun nəqli sisteminə yatırılan investisiyalar və su təchizatı layihələrinin icra olunması nəticəsində su təchizatı sisteminə qoşulan əhalinin payı ölkənin cəmi əhalisinin 50.9%-nə qədər artmışdır. Eyni zamanda, su təchizatına qoşulan şəxslərin mütləq sayı da həmçinin 2005-ci ildə 3.6 milyon nəfərdən 2017-ci ildə 5 milyon nəfərə qədər əhəmiyyətli dərəcədə artmışdır. Bununla belə, yaxın gələcəkdə hələ də bu əsas su problemləri narahatlıq yaratmaqda davam edəcəkdir: (1) kommunal su təchizatı sisteminə qoşulan cəmi əhali faizinin artımı; və (2) suyun nəqli sistemində sızmaların azaldılması. Bu problemlərin hər ikisi üzərində iş kommunal su təchizatı şəbəkəsinə maliyyə və texniki investisiyalar yatırılmaqla davam etdirilməlidir.

Bütün bu qeyd olunanlara baxmayaraq, əhalinin yarıya qədəri hələ də suya tələbatını özünü təchiz etməklə qarşılamaq məcburiyyətindədir. Bu isə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəf 6.1-ə, 2030-cu ilə qədər hər kəs üçün təhlükəsiz və ödənişi mümkün olan içməli suya universal və bərabər səviyyəli çıxışa müvəffəq olmaq hədəfindən uzaqda saxlayır.

 

Göstəricinin xüsusiyyətləri

Göstəricinin təsviri

Bu göstərici suyun nəqli zamanı su itkilərini və su təchizatı sənayesinə qoşulmuş əhalini, həm cəmi sayda, həm də toplam əhalinin faiz nisbəti şəklində nəzərə alaraq, su təchizatı sənayesi tərəfindən istehlakçılara təchiz edilən suyun həcmini təqdim edir.

 

Vahidlər

Su təchizatı sənayesi tərəfindən təchiz olunan suyun toplam həcmi ildə milyon kub metrlə ölçülür; su təchizatı sənayesinə qoşulan cəmi əhalinin payı isə faizlə göstərilir.

 

Əsaslandırma

Göstəricinin seçilməsi üzrə əsaslandırma

Göstərici su təsərrüfatı xidmətlərinin səviyyəsinin inkişafını və əhalinin ehtiyaclarını qarşılamaq üçün suya əlçatanlıq dərəcəsinin müəyyənləşdirilməsindən ötrü vacibdir. İndikator həmçinin su təchizatında tendensiyaları müəyyənləşdirməyə kömək edir.

 

Elmi istinadlar

  • UNECE, 2011. Azərbaycan - İkinci Ekoloji Fəaliyyət İcmalı, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, Ekoloji Fəaliyyət İcmalları Silsiləsi № 31, e-ISBN 978-92-1-117035-1, Nyu-York və Cenevrə.
  • UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C5-in təsviri: Su təchizatı sənayesi və su təchizatı sənayesinə qoşulan əhali.
  • UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C5: Su təchizatı sənayesi və su təchizatı sənayesinə qoşulan əhali.

Siyasi kontekst və hədəflər

Kontekstin təsviri

Milli siyasi kontekst

Azərbaycan Respublikasının Su Məcəlləsi (1997),  Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Xəzər Dənizinin (gölünün) Azərbaycana məxsus olan hissəsi Azərbaycan xalqının təbii sərvətinin tərkib hissəsidir və əhalinin həyat və fəaliyyətinin bazası kimi və flora və faunanın mövcudluğunu təmin etmək üçün istifadə olunur və mühafizə edilir. Məcəllə Azərbaycanda su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində hüquqi qaydaları tənzimləyir.

 

Beynəlxalq siyasi kontekst

BMT-nin 2030-cu ilə qədərki dövr üzrə Dayanıqlı İnkişaf Gündəminin Dayanıqlı İnkişaf Məqsədi 6 (DİM 6) “hər kəs üçün su və kanalizasiya xidmətlərinə çıxışın təmin edilməsi”dir. DİM 6-nın 6.1-ci hədəfi həmçinin “2030-cu ilə qədər hamı üçün təhlükəsiz və ödəniş imkanı olan içməli suya universal və bərabər səviyyəli çıxışa nail olmaq” məqsədini daşıyır. Eynilə də, hədəf 6.4 “2030-cu ilə qədər bütün sektorlar üzrə sudan istifadə səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq və su çatışmazlığını həll etmək üçün şirin suyun dayanıqlı şəkildə götürülməsini və təchizatını təmin etmək, eləcə də su qıtlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli dərəcədə azaltmaq” məqsədini bəyan edir.

 

Hədəflər

Milli hədəflər

Heç bir milli hədəf müəyyənləşdirilməmişdir.

 

Beynəlxalq hədəflər

BMT DİM 6, hədəf 6.4: 2030-cu ilə qədər bütün sektorlar üzrə sudan istifadə səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq və su çatışmazlığını həll etmək üçün şirin suyun dayanıqlı şəkildə götürülməsini və təchizatını təmin etmək, eləcə də su qıtlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli dərəcədə azaltmaq.

 

Aidiyyəti siyasi sənədlər

Metodologiya

Göstəricinin hesablanması üçün metodologiya


Vahidlər və tənliklər

İdentifikasiya nömrəsi Komponent Vahidlər Tənlik

C5.1

Su təchizatı sənayesi tərəfindən təchiz olunan suyun toplam həcmi (ISIC 36)

milyon m3/il

 

C5.2

Suyun nəqli zamanı itkilər (ISIC 36)

milyon m3/il

 

C5.3

Su təchizatı sənayesi tərəfindən təchiz olunan suyun xalis həcmi (ISIC 36)

milyon m3/il

= C 5.1 - C 5.2

C4.8

Ölkənin cəmi əhalisi

milyon nəfər

 

C5.4

Su təchizatı sənayesinə qoşulan əhali (təxmini hesablama)

milyon nəfər

 

C5.5

Su təchizatı sənayesinə qoşulan əhali

faiz (%)

= C 5.4/C 4.8

 

Boşluqların doldurulması üçün metodologiya

Heç bir boşluğun doldurulması həyata keçirilməmişdir.

 

Metodoloji istinadlar

  • EEA, 2005. EEA əsas Göstəricilər dəstinə dair təlimat. EEA Texniki hesabat № 1/2005, ISBN 92-9167-757-4, Lüksemburq.
  • UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Məlumat şablonu – C5: Su təchizatı sənayesi və su təchizatı sənayesinə qoşulan əhali.
  • UNECE, 2018.  Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C5-in Təsviri: Su təchizatı sənayesi və su təchizatı sənayesinə qoşulan əhali.
  • UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C5: Su təchizatı sənayesi və su təchizatı sənayesinə qoşulan əhali.
  • UNSD və UNEP, 2013. Ekoloji Statistikaya dair 2013-cü ilin Sorğu Anketi. Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi və BMT-nin Ekoloji Proqramı, Ekoloji Statistika üzrə 2013-cü ilin Sorğu Anketi, Su Bölməsi.

Qeyri-müəyyənliklər

Metodoloji qeyri-müəyyənliklər

Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.

 

Məlumatlarda qeyri-müəyyənliklər

Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.

 

Əsaslandırmada qeyri-müəyyənliklər

Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.

 

Məlumat mənbələri

Məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən AQTA PEİS II Şərq layihəsinin fəaliyyətləri çərçivəsində təqdim olunmuşdur. Bununla belə, bəzi məlumatlar aşağıda verilmiş mənbələrdən əldə edilə bilər:


Metaməlumat

Mövzular: su

İndikatorun kodu: C5

Etiketlər: su təchizatı, su təchizatına qoşulan əhali, su itkiləri, Azərbaycan

Əhatə etdiyi zaman müddəti: 2000-2017

DPSIR: Təzyiq

Tipologiyası: təsviri göstərici (Tip A - ətraf mühitə və insanlara nə baş verir?)


Tarixlər

Dərc olunma tarixi:

Ən son düzəliş edilmişdir:

Yenilənmələrin tezliyi: illik



Əlaqə məlumatları və mülkiyyət

Əlaqələndirici şəxs:

Mülkiyyət: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Aidiyyəti məzmun

Qısa müddətli iş

Heç bir qısa müddətli iş müəyyən edilməmişdir.

 

Uzun müddətli iş

Milli Su Strategiyası işlənib hazırlanır.