14-16 iyul tarixində olan aqrometeoroloji proqnoz
14-16 iyul tarixində respublikanın əksər bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gündüz ayrı-ayrı yerlərdə fasilələrlə yağış yağacağı, lokal leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aran və dağətəyi rayonlarda 34-39°C isti olacaq. Küləyin sürəti bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Gözlənilən yağıntılar torpaqda rütubətliliyi artıracaq, bitkilərin suya olan tələbatını ödəyəcək, otlaq bitkilərində boyatmanı sürətləndirəcək. Lakin güclü külək və intensiv yağıntılar yetişmiş payızlıq dənli bitkilərdə gövdələrin yerə yatmasına və sünbüllərdə dənin yerə tökülməsinə səbəb ola bilər. Belə hava şəraiti sahələrdə və bağlarda aqrotexniki tədbirlərin aparılması üçün uyğun olmayacaq .
Haqqımızda