Aylıq icmal

2025-ci ilin avqust ayında Respublikanın yerli və tranzit çaylarında mövcud vəziyyət və Kür çayının aşağı axınında duzluluğun dəyişməsi

Respublikanın yerli çaylarında sululuğun dəyişməsi

Ay ərzində Böyük Qafqazın ərazisindən axan Balakənçayda sululuq normanın 143%-ni (2024-də 212%-ni), Kişçayda 77%-ni (2024-də 155%-ni), Talaçayda 41%-ni (2024-də 126 %-ni), təşkil etmişdir.
Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda sululuq normanın 65%-ni (2024-də 138%-ni), Kürəkçayda 37%-ni (2024-də 86%-ni), Gəncəçayda 35 %-ni (2024-də 162%-ni) təşkil etmişdir.
Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda sululuq normanın 18%-ni (2024-də 41%-ni) təşkil etmişdir.

Tranzit çaylarda sululuğun dəyişməsi

Kür çayının Qıraqkəsəmən məntəqəsində ay ərzində suyun səviyyəsində 17 sm azalma müşahidə olunmuşdur. Orta aylıq su sərfi 117 m3/s olmaqla normanın 92%-ni təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 38% azdır.

Avqust ayında gündəlik orta su sərfinin 2024-cü il və çoxillik norma ilə müqayisədə dəyişməsi aşağıdakı qrafikdə verilib.


Qanıx çayının Cəlayir məntəqəsində ay ərzində suyun səviyyəsində Avqustun 1-dən 18-dək 68 sm artmış, 19-dan 31-dək isə səviyyədə 52 sm azalma müşahidə olunmuşdur. Orta aylıq su sərfi 48,4 m3/s olmaqla normanın 62 %-ni təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 64% azdır.
Avqust ayında gündəlik orta su sərfinin 2024-cü il və çoxillik norma ilə müqayisədə dəyişməsi aşağıdakı qrafikdə verilib.


Kür çayının aşağı axınında səviyyənin dəyişməsi

Kür çayının Surra məntəqəsində ay ərzində suyun səviyyəsində 25 sm azalma müşahidə olunmuşdur. Orta aylıq su sərfi 189 m3/san olmaqla normanın 52%-ni təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% azdır.
Avqust ayında gündəlik orta səviyyənin 2024-cü il ilə müqayisədə dəyişməsi aşağıdakı qrafikdə verilib.


Kür çayının Şirvan məntəqəsində ay ərzində suyun səviyyəsində 13 sm azalma orta səviyyə 194 sm təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 sm azdır.
Avqust ayında gündəlik orta səviyyənin 2024-cü il ilə müqayisədə dəyişməsi aşağıdakı qrafikdə verilib.


Kür çayının aşağı axınında duzluluğun dəyişməsi


Kür çayının Bankə məntəqəsində ay ərzində orta duzluluq 0,4 q/l olub (2024-cü ildə 0,3 q/l).
Avqust ayında gündəlik suyun duzluluğunun 2024-cü il ilə müqayisədə dəyişməsi aşağıdakı qrafikdə verilib.