İyun ayı üçün Xəzər dənizinin hidrometeoroloji şəraitinin təhlili

İyun ayında Xəzər dənizinin Azərbaycan sektorunda dənizin orta aylıq səviyyəsi Baltik sistemi ilə -28,84 mBS, maksimal səviyyə -28,77 mBS, minimal səviyyə isə -28,89 mBS təşkil etmişdir. 2026-cı ilin iyun ayında Neft Daşları İHMS – də səviyyənin orta aylıq qiyməti -28,84 mBS olmuşdur. Keçən ilin iyun ayı (-28,84 mBS) ilə müqayisədə səviyyədə dəyişiklik müşahidə olunmamışdır.      
 
İyun ayında Abşeron yarımadasında maksimal sürəti 29 m/san, açıq dənizdə isə 21 m/s olan şimal-qərb, şimal küləyi qeydə alınmışdır.
Xəzərin Azərbaycan sektorunda iyun ayında açıq dəniz akvatoriyasında dəniz dalğalarının orta hündürlüyü 1,2 m, maksimal hündürlüyü isə  3,0 m olmuşdur.

İyun ayında açıq dənizdə Neft Daşları İDHMS-da dəniz suyunun orta temperaturu 22,3°C, maksimal temperaturu 26,8°C, minimal temperaturu isə 17,4°C; Çilov DHMS-da orta temperatur 21,1°C, maksimal temperatur 28,6°C, minimal temperatur isə 16,3°C olmuşdur.    
 
Dəniz suyunun orta duzluluğu 9-12 ‰ arasında tərəddüd edir. Qış aylarında 10-12 , yay aylarında 11-12‰ arasındadır. İyun ayı üzrə duzluluğun orta qiyməti 12,41 ‰ təşkil etmişdir. Keçən ilin iyun ayı ilə (10,93 ‰) müqayisədə duzluluğun orta kəmiyyətində  1,48 ‰ artma müşahidə olunmuşdur.