Respublikanın əksər ərazilərində noyabr ayının 1-ci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1⁰C aşağı olması ilə səciyyələnib.
 
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 5.9⁰C, Balakəndə 8.6⁰C, Qubada 8.7⁰C, Qazax 9.4⁰C, Acınohurda 9.6⁰C, Naxçıvanda 9.8⁰C, İsmayıllıda 10.2⁰C, Şəkidə 10.8⁰C, İmişlidə 11.1⁰C, Ordubadda 11.4⁰C, Zaqatalada 11.6⁰C, Ceyrançöldə 11.7⁰C, Tovuzda 11.8⁰C, Gəncədə 12.2⁰C, Tərtərdə 12.7⁰C, Beyləqanda 12.8⁰C, Zərdab və Cəfərxanda 13.0⁰C, Yevlax 13.2⁰C, Sabirabadda 13.3⁰C, Goranboy 13.6 ⁰C, Maştağa 13.8⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə -5⁰C, Qubada -2⁰C, Ordubadda -1⁰C, Naxçıvan və Qəbələ 0⁰C, İsmayıllı və Şəkidə 1⁰C, Cəfərxan, Sabirabad, Zərdab və Zaqatalada 2⁰C, Acınohur, Tovuz, Gəncə, Ceyrançöl və Balakəndə 3⁰C, Maştağada 6⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Ordubadda -3⁰C, Tovuzda -2⁰C, Naxçıvan, Quba, Gəncədə -1⁰C, Cəfərxan, Ceyrançöldə 1⁰C, Şəkidə 2⁰C, Maştağa 4 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Naxçıvanda 14⁰C, Gəncədə 13.9⁰C, Lənkəranda 16.7⁰C, Göyçayda 12.6⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 13.2⁰C, Gəncə 15.2⁰C, Lənkəranda 17.1⁰C, Göyçayda 15.8⁰C, qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 14 %, Naxçıvanda 24%, Göyçayda 7⁰C, Lənkəranda 45%-ə qədər, 20 sm dərinlikdə  Gəncədə 16%, Şəkidə 46%, Göyçayda 29%, Lənkəranda 60%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Maştağada 55 mm, Qəbələ 48 mm, Şəkidə 46 mm, İsmayıllı və Qubada 45 mm, Gədəbəydə 41 mm, Balakəndə 38 mm, İmişli, Beyləqan, Cəfərxanda 37 mm, Zaqatalada 36 mm, Zərdab 33 mm, Qazaxda 31 mm, Ordubad və Sabirabadda 29 mm, Tərtər 27 mm, Naxçıvan 26 mm, Salyanda 21 mm, Tovuz 18 mm, Yevlax, Acınohur 13 mm, Goranboy 12 mm, Gəncə 9 mm, Ceyrançöldə 5 mm qeydə alınıb. Dekadanın sonunda Gədəbəydə 11 sm qar örtüyü müşahidə edilmişdi.

Rütubət çatışmazlığı Ceyrançöl və Maştağada 5hPa, Ordubad, Yevlax, Gəncə, Balakən və Tərtərdə 4hPa, Naxçıvan, İmişli, İsmayıllı, Tovuz, Şəki-Zaqatalada 3hPa, Quba, Beyləqan, Cəfərxan, Sabirabad, Zərdab, Gədəbəy, Qəbələdə 2hPa, arasında dəyişib.

Nisbi rütubət Quba, Cəfərxan, Beyləqan, Sabirabad, Zərdab və Qəbələdə 86-88%, İmişli, Gədəbəy, Tovuzda 84-81%, İsmayıllı, Şəki, Balakən, Tərtər 78-80%, Zaqatala, Naxçıvanda, Ordubad, Yevlax 76-79%, Gəncədə 75%, Maştağada 38% təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 6 gün Maştağada (maksimum sürət 22 m/san), 2 gün Goranboyda (maksimum sürət 23 m/san), 1 gün Tovuzda (maksimum sürət 20 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Noyabr  ayının birinci ongünlüyündə Salyan, Tərtər, Beyləqan və Sabirabadda pambıq əkilmiş sahələrdə pambıq xammalının yığımı davam edib. Beyləqan, Cəfərxan, Zərdab, Goranboy, Naxçıvan, Qəbələ və Tovuzda, payızlıq dənli bitkilər əkiləcək sahələrdə fenoloji müşahidələrə əsasən şumlama, malalama və səpin işləri aparılmış. Gəncə, Tərtər, Şəki, Zaqatala və İsmayıllıda isə payızlıq dənli bitkilər əkilmiş sahələrdə dənin cücərməsi mərhələsi müşahidə olunmuşdur. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Zaqatalada tütün bitkisində yarpaqların yığımı davam etmişdir.