Respublikanın əksər ərazilərində may ayının birinci ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 11⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 12⁰C, Şəki-Zaqatala bölgəsində 13-15⁰C, Maştağada, Tərtərdə, Ceyrançöldə və Tovuzda 15⁰C, Gəncə-Goranboyda, Bərdədə, Mərkəzi Aranda, Mil-Muğanda 16-17⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 5⁰C, Qubada, Şamaxıda və Qazaxda 6⁰C, İsmayıllıda 7⁰C, Ceyrançöldə və Tovuzda 8⁰C, Maştağada və Şəki-Zaqatala bölgəsində 8-9⁰C, Bərdədə, Gəncədə, Zərdabda və Cəfərxanda 10-11⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 4⁰C, İsmayıllıda 6⁰C, Zaqatalada, Tovuzda və Ceyrançöldə 7⁰C, Şəkidə və Maştağada 8⁰C, Gəncədə və Cəfərxanda 9⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 17⁰C, Şəkidə 15⁰C, Naxçıvanda 14⁰C, Göyçayda 18⁰C, Gəncədə və Lənkəranda 19⁰C, Neftçalada 20⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 11⁰C, Gəncədə və Neftçalada 16⁰C, Şəkidə 13⁰C, Lənkəranda 14⁰C, Göyçayda 16⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Gəncədə 18%, Naxçıvanda 35%, Şəkidə 32%, Qubada 41%, Neftçalada 40%, Lənkəranda 60%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 28%, Gəncədə 17%, Qubada 52%, Şəkidə 39%, Neftçalada 45%, Lənkəranda 64%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Oğuzda 52 mm, Şəkidə 34 mm, Zaqatalada 31 mm, Qəbələdə 29 mm, Balakəndə 28 mm, Şamaxıda 31 mm, Gədəbəydə 27 mm, Qubada 16 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Şamaxıda 2 hPa, Gədəbəydə 3 hPa, Qubada 4 hPa, Maştağada, Bərdə-Tərtərdə, İsmayıllıda, Tovuzda və Ceyrançöldə 5 hPa, Şəki-Zaqatala bölgəsində 3-5 hPa, Zərdabda, Gəncədə, Şəmkirdə və Mil-Muğanda 6 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 73-77%, Dağlıq Şirvanda 72-88%, Bərdə-Tərtərdə 76-78%, Gəncədə və Şəmkirdə 73-76%, Maştağada 75%, Qazax-Tovuzda 70-78%, Qubada 79%, Şəki-Zaqatalada 74-83%, Zərdabda 76 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda və Qəbələdə (maksimum sürət 16 m/san) təşkil edib.
 
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Qubada və İmişlidə bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması, Gəncədə, Cəfərxanda, Zərdabda, Tovuzda, Salyanda, Yevlaxda, Şəkidə və Şamaxıda sünbülləmə mərhələsi davam edib, Tərtərdə, Goranboyda, Beyləqanda, Bərdədə, Zaqatalada, Qəbələdə, Oğuzda və Sabirabadda çiçəkləmə mərhələsi qeydə alınıb. Sünbülləmə mərhələsində bitkilərin hündürlüyü 86-90 sm olub. Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 31 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 3 ədəd, ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 365 ədəd, sünbüllü gövdələrin ümumi sayı 335 ədəd, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin sayı 409 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 558 ədəd, sünbüllü gövdələrin sayı 510 ədəd təşkil edib. Cəfərxanda və Goranboyda pambıq bitkisində cücərmə, Tərtərdə, Sabirabadda və Beyləqanda göyərmə, Sabirabadda və Salyanda 1-ci yarpaq, Bərdədə 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilib. Zaqatalada qarğıdalı bitkisində cücərmə, Şəkidə göyərmə, Balakəndə 5-ci yarpağın çıxması, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların, tütündə 3-cü yarpağın, Cəfərxanda, Sabirabadda və Yevlaxda qarpız və pomidor bitkilərində, Acınohurda kələmdə 3-cü yarpağın çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında meyvələrin böyüməsi davam edib, İmişlidə, Şəkidə və Oğuzda tut ağaclarında 10-cu yarpağın açılması müşahidə edilib. Qubada çiçəkləmə dövründə gilas və albalı ağaclarında güclü yağışlar nəticəsində dişiciklərin formalaşmaması, alça ağaclarında dolu və güclü yağışlar nəticəsində meyvələrin yerə tökülməsi qeydə alınıb ki, buda gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Gəncədə yonca bitkisində hamaşçiçəklərin çıxması, Qəbələdə hamaşçiçəklərin çıxması, Şəkidə və Cəfərxanda yaşıl kütlənin 1-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Sahələrdə və bağlarda kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.