Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə -1,1⁰C, Qubada 1,6⁰C, Şamaxıda 1,1⁰C, İsmayıllıda 2,3⁰C, Şəki-Zaqatala bölgəsində 3-6⁰C, Ceyrançöldə 5⁰C, Maştağada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda, Lənkəranda, Gəncədə, Şəmkirdə və Tovuzda 6-7⁰C, Goranboyda 8⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu
Gədəbəydə -8⁰C, Qubada -5⁰C, Dağlıq Şirvanda -3⁰C, Ceyrançöldə -2⁰C, Qəbələdə və Cəfərxanda -1⁰C, Şəkidə və Oğuzda -0,3, Bərdədə, Maştağada, Gəncədə, Zərdabda və Balakəndə 1⁰C, Zaqatalada 0,4⁰C, Maştağada 3⁰C, Acınohurda 4⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada -8⁰C, İsmayıllıda -4,5⁰C, Tovuzda və Ceyrançöldə -3⁰C, Maştağada, Cəfərxanda, Gəncədə və Zaqatalada -2⁰C, Şəkidə -0,4⁰C, Acınohurda 2⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 2⁰C, Şəkidə 4⁰C, Göyçayda 5⁰C, Naxçıvanda 6⁰C, Neftçalada, Gəncədə, Lənkəranda 8⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 3⁰C, Şəkidə 5⁰C, Neftçalada, Gəncədə və Göyçayda 8⁰C, Lənkəranda 9⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 8%, Gəncədə 14%, Şəkidə və Naxçıvanda 33%, Qubada 39%, Neftçalada 44%, Lənkəranda 68%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 33%, Gəncədə 15%, Qubada 41%, Şəkidə 40%, Neftçalada 47%, Lənkəranda 66%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda və Qəbələdə 58 mm, Oğuzda 47 mm, Şamaxıda və İsmayıllıda 30-31 mm, Gədəbəydə 27 mm, Şəkidə və Balakəndə 23-24 mm, Zərdabda 21 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə, Qubada və Dağlıq Şirvan bölgəsində 1 hPa, Bərdədə Maştağada, Lənkəranda, Oğuzda 2 hPa, Mil-Muğanda 2-3 hPa, Tərtərdə, Zərdabda, Ceyrançöldə, Tovuzda, Gəncədə, Şəkidə və Balakəndə 3 hPa, Yevlaxda və Şəmkirdə 4 hPa, Zaqatalada 5 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 74-81%, Dağlıq Şirvanda 83-85%, Bərdə-Tərtərdə 75-82%, Gəncədə və Şəmkirdə 65-68%, Maştağada 77%, Qazax-Tovuzda 72-81%, Lənkəranda 88%, Qubada 83%, Şəki-Zaqatalada 66-79%, Zərdabda 78 hPa, Yevlaxda 69 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Şəkidə (maksimum sürət 15 m/san), 1 gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Mart ayının birinci ongünlüyündə payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə Gəncədə 3-cü yarpağın çıxması, İmişlidə və Sabirabadda buğda bitkisində buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Qubada, Şəkidə, Zaqatalada, Zərdabda, Yevlaxda və Salyanda kollanma, Bərdədə və Beyləqanda buğum bağlama, Cəfərxanda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 29-36 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 316 ədəd, Şəkidə bitkilərin sayı 145-155, gövdələrin orta sayı 340-360 ədəd, kollanma dərəcəsi 2,3-2,4 % təşkil edib. Əksər aran rayonlarında ərik, alça, heyva, alma, armud ağaclarında tumurcuqların şişməsi və açılması, Tərtərdə ərikdə çiçəkləmə, Lənkəranda üzüm kollarında 1-ci yarpağın açılması mərhələsi müşahidə edilib.

Respublikanın əksər bölgələrində mart ayının ikinci ongünlüyündə nisbətən az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-3⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-9⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 1,8⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 4-5⁰C, Şəki-Zaqatala bölgəsində 6-8⁰C, Ceyrançöldə və Tovuzda 7-8⁰C, Maştağada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda, Lənkəranda, Gəncədə, Şəmkirdə, Goranboyda 9-10⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə -4⁰C, İsmayıllıda -3⁰C, Şamaxıda -2⁰C, Qubada -1,3⁰C, Qəbələdə -1⁰C, Şəkidə -0,1⁰C, Maştağada, Zaqatalada və Oğuzda 1⁰C, Cəfərxanda, Qazaxda və Balakəndə 2⁰C, Bərdədə, Gəncədə, Zərdabda və Tovuzda 3⁰C, Acınohurda 4⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada və İsmayıllıda -4⁰C, Gəncədə- 3⁰, Şəkidə -2⁰C, Maştağada, Cəfərxanda və Zaqatalada -1⁰C, Tovuzda 1⁰C, Ceyrançöldə 0,1⁰C, təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəkidə 5⁰C, Naxçıvanda 8⁰C, Neftçalada, Gəncədə, Lənkəranda və Göyçayda 9⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 6⁰C, Neftçalada və Gəncədə 8⁰C, Lənkəranda 9⁰C, Göyçayda 10⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Gəncədə 14%, Şəkidə və Naxçıvanda 33%, Qubada 35%, Neftçalada 43%, Lənkəranda 66%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 28%, Gəncədə 15%, Qubada 39%, Şəkidə 38%, Neftçalada 47%, Lənkəranda 65%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 25 mm, Zaqatalada 19 mm, Şəkidə, Qəbələdə və Oğuzda 12 mm, Tərtərdə 11 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə, Qubada, Dağlıq Şirvan bölgəsində, Bərdədə, Tərtərdə, Lənkəranda, Oğuzda, Tovuzda 2 hPa, Mil-Muğanda, Gəncə-Goranboyda, Zərdabda və Şəki-Zaqatala bölgəsində 2-3 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 79-84%, Dağlıq Şirvanda 79-86%, Bərdə-Tərtərdə 79-81%, Gəncədə və Şəmkirdə 75-81%, Maştağada 77%, Qazax-Tovuzda 73-80%, Lənkəranda 83%, Qubada 82%, Şəki-Zaqatalada 71-81%, Zərdabda 80 hPa, Yevlaxda 74 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Gəncədə və Tovuzda buğda bitkisində buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Qubada, Şəkidə, Oğuzda, Qəbələdə, İsmayıllıda, Zərdabda və Tərtərdə kollanma mərhələsi davam edib, Bərdədə, Zaqatalada, Yevlaxda, Salyanda və Beyləqanda buğum bağlama, Cəfərxanda və Sabirabadda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Buğumbağlama mərhələsində bitkilərin hündürlüyü 29-45 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 316 ədəd, Şəkidə bitkilərin sayı 145-155, gövdələrin orta sayı 340-360 ədəd, kollanma dərəcəsi 2,3-2,4 %, Cəfərxanda kollanma dərəcəsi 2,4-3,3 % təşkil edib. Əksər aran və dağətəyi rayonlarında meyvə ağaclarında tumurcuqların şişməsi və açılması, Tərtərdə, Yevlaxda, Beyləqanda ərik ağaclarında, Qubada və Beyləqanda alça ağaclarında çiçəkləmə, Lənkəranda üzüm kollarında 1-ci yarpağın açılması mərhələsi müşahidə edilib. Qubada sahələrdə kartof bitkisinin səpini aparılmış, Şəkidə, Zaqatalada, Cəfərxanda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində göyərmə mərhələsi qeydə alınmışdır. Payızlıq dənli bitkilər əkilmiş sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama və kübrələmə işləri aparılmışdır.

Respublikanın əksər bölgələrində mart ayının üçüncü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 4⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 6,6⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 9-10⁰C, Şəki-Zaqatala bölgəsində 10-12⁰C, Maştağada 11⁰C,  Ceyrançöldə və Tovuzda 12⁰C, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda, Lənkəranda, Gəncədə, Şəmkirdə, Goranboyda 13-14⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 1⁰C, Dağlıq Şirvan bölgəsində 3⁰C, Qubada 4⁰C, Cəfərxanda, Tovuzda və Ceyrançöldə 5⁰C, Şəki-Zaqatala bölgəsində 2-6⁰C, Bərdədə 6⁰C, Gəncədə 7⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada -0,4⁰C, Şəkidə, Zaqatalada və Tovuzda 2⁰C, Gəncədə, İsmayıllıda və Ceyrançöldə 3⁰C, Maştağada 4⁰C, Cəfərxanda 6⁰C, təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 8⁰C, Şəkidə 9⁰C, Naxçıvanda 11⁰C, Gəncədə, Lənkəranda və Göyçayda 12⁰C, Neftçalada 13⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 9⁰C, Gəncədə 11⁰C, Lənkəranda, Neftçalada 12⁰C, Göyçayda 14⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 7%, Gəncədə 15%, Naxçıvanda 35%, Şəkidə 37%, Qubada 42%, Neftçalada 44%, Lənkəranda 67%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 30%, Gəncədə 15%, Qubada 44%, Şəkidə 39%, Neftçalada 47%, Lənkəranda 65%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Maştağada 130 mm, Şamaxıda 96 mm, Qubada 87 mm, Şəkidə 80 mm, Oğuzda 68 mm, Qəbələdə 56 mm, İsmayıllıda 48 mm, Zaqatalada və Balakəndə 39 mm, Gədəbəydə 38 mm, Tərtərdə 42 mm, Bərdədə və Salyanda 36 mm qeydə alınıb.


Rütubət çatışmazlığı
Qubada, Maştağada, Şamaxıda və Lənkəranda 2 hPa, Gədəbəydə, Bərdədə, Tərtərdə, Beyləqanda və Gəncədə 3 hPa, Tovuzda, Zərdabda, Yevlaxda, Cəfərxanda, İmişlidə, İsmayıllıda və Şəmkirdə 4 hPa, Şəki-Zaqatala bölgəsində 2-4 hPa, Ceyrançöldə 5 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 79-84%, Dağlıq Şirvanda 75-82%, Bərdə-Tərtərdə 80-82%, Gəncədə və Şəmkirdə 77-79%, Maştağada 87%, Qazax-Tovuzda 66-80%, Lənkəranda 87%, Qubada 86%, Şəki-Zaqatalada 75-83%, Zərdabda 80 hPa, Yevlaxda 77 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda (maksimum sürət 19 m/san), Zaqatalada (maksimum sürət 15 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Mart ayının üçüncü dekadası ərzində əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə buğumbağlama və kollanma mərhələləri davam edib, Cəfərxanda, Beyləqanda və Sabirabadda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində bitkilərin hündürlüyü 48-55 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 670 ədəd, Şəkidə bitkilərin sayı 145-155, gövdələrin orta sayı 340-360 ədəd, kollanma dərəcəsi 2,3-2,4 %, Cəfərxanda kollanma dərəcəsi 2,4-3,3 % təşkil edib. Əksər aran və dağətəyi rayonlarında meyvə ağaclarında 1-ci yarpağın açılması, üzüm kollarında şirə dövranının başlanması, Tərtərdə, Yevlaxda, Beyləqanda ərik ağaclarında, Qubada, Zərdabda və Beyləqanda alça ağaclarında çiçəkləmə mərhələsi müşahidə edilib. Şəkidə, Zaqatalada, Cəfərxanda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində göyərmə mərhələsi qeydə alınıb. Payızlıq dənli bitkilər əkilmiş sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama və kübrələmə, Lənkəranda çay kollarının budanması kimi kənd təsərrüfatı işləri aparılıb.