Respublikanın əksər bölgələrində fevral ayının birinciongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib.Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə2-3⁰C aşağı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Qubada 0,8⁰C, Şamaxıda 3,2⁰C, Gədəbəydə 3,5⁰C, İsmayıllıda 3,9⁰C,Maştağada 4,9⁰C, Tovuzda, Ceyrançöldə, Mil-Muğanda, Lənkəranda və Şəki-Zaqatala bölgəsində 6-7⁰C, Bərdə-Tərtərdə və Gəncə-Goranboyda 7-8⁰C qeydə alınıb.


 
Havanın minimum temperaturu Gədəbəydə və Qubada -7⁰C, Şamaxıda -4⁰C, İsmayıllıda, Tovuzda və Qəbələdə -2⁰C, Maştağada, Ceyrançöldə, Şəkidə, Oğuzda və Acınohurda -1⁰C, Cəfərxanda -0,1C, Gəncədə 0,4⁰C,Balakəndə 1⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada -9⁰C,Tovuzda, Ceyrançöldə, İsmayıllıda və Gəncədə -3⁰C, Maştağada və Zaqatalada -1⁰C, Şəkidə -2⁰C, Cəfərxanda-0,4⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 2⁰C, Naxçıvanda 3⁰C, Göyçayda və Şəkidə 5⁰C, Gəncədə, Lənkəranda və Neftçalada 7⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 3⁰C, Şəkidə 5⁰C, Gəncədə,Göyçayda, Neftçalada Lənkəranda 7⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%,Gəncədə 13%, Şəkidə 31%,  Naxçıvanda 22%, Qubada36%, Neftçalada 46%, Lənkəranda 67%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 24%, Gəncədə 15%, Qubada 40%,Şəkidə 37%, Neftçalada 51%, Lənkəranda 67%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 50 mm,Qəbələdə 33 mm, Salyanda 27 mm, Oğuzda 26 mm, Şəkidə və Şamaxıda 21 mm, Zaqatalada 20 mm, Sabirabadda 19 mm, Balakəndə 18 mm, Cəfərxanda və İsmayıllıda 17 mm, Gədəbəydə 16 mm, Qubada 15 mm qeydə alınıb.


 
Rütubət çatışmazlığı Maştağada, Lənkəranda və Qubada 1 hPa, Bərdədə, Beyləqanda, Cəfərxanda, Sabirabadda, Dağlıq Şirvan bölgəsində, Tovuzda və Gədəbəydə 2 hPa, Ceyrançöldə və İmişlidə 3 hPa, Şəki-Zaqatala bölgəsində 2-4 hPa, Tərtərdə, Gəncədə, Şəmkirdə və Yevlaxda 4 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 76-87%, Dağlıq Şirvanda82-83%, Bərdə-Tərtərdə 71-79%, Gəncə və Şəmkirdə 64-69%, Maştağada 87%, Qazax-Tovuzda 72-77%, Lənkəranda 89%, Qubada 87%, Şəki-Zaqatalada 70-82%, Şərur və Ordubadda 71-73%, Zərdabda 89 hPa, Naxçıvanda 74 hPa, Yevlaxda 70 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Maştağada (maksimum sürət 28 m/san), Goranboyda (maksimum sürət 23 m/san), 4 gün Şəkidə (maksimum sürət 18 m/san), 1 gün Bərdədə (maksimum sürət 22 m/san), İsmayıllıda və Gəncədə (maksimum sürət 20 m/san), Salyanda (maksimum sürət 18 m/san), Tərtərdə, Şəmkirdə, Yevlaxda və Gədəbəydə (maksimum sürət 16 m/san) təşkil edib.
 
 
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti  
     
Fevral ayının birinci ongünlüyündə payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə vegetasiya davam edib,Şəkidə, Zaqatalada və Sabirabadda buğum köklərin yaranması qeydə alınıb. Yevlaxda, Oğuzda və İmişlidə 3-cü yarpağın çıxması, Goranboyda, Tərtərdə, Beyləqanda, Salyanda Bərdədə kollanma mərhələsi davam edib. Kollanma mərhələsində bitkilərin hündürlüyü 18-26 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 434 ədəd, kollanma dərəcəsi 2,8 %, Bərdədə gövdələrin ümumi sayı 426 ədəd, kollanma dərəcəsi 2,8 % təşkil edib. Bəzi dağlıq və dağətəyi rayonlarda temperaturun normadan aşağı düşməsi və şaxtalı hava şəraiti payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.