Avqust ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində avqust ayının birinci ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 5-6 ⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-4 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 23,3⁰C, Qubada 27⁰C, Dağlıq Şirvan bölgəsində və Lənkəranda 28-29⁰C, Şəki-Zaqatalada, Ceyrançöldə, Tovuzda, Maştağada, Mərkəzi Aranda, Gəncədə, Şəmkirdə, Mil-Muğanda, Bərdə-Tərtərdə 30-31⁰C, Şərurda və Ordubadda 31-32⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 15⁰C, İsmayıllıda 19⁰C, Qubada və Şamaxıda 20⁰C, Cəfərxanda 21⁰C, Şəki-Zaqatala bölgəsində və Gəncədə 20-22⁰C, Tovuzda, Ceyrançöldə, Maştağada, Bərdədə, Göyçayda 23⁰C, Şərurda və Ordubadda 22-24⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 19⁰C, Şəkidə və Cəfərxanda 20⁰C, Maştağada və Şərurda 21⁰C, Tovuzda, Gəncədə, Ceyrançöldə, Göyçayda və Ordubadda 22⁰C, İsmayıllıda 23⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 28⁰C, Qubada 27⁰C, Göyçayda 28⁰C, Naxçıvanda 31⁰C, Gəncədə 34⁰C, Lənkəranda 28⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 29 ⁰C, Qubada 28 ⁰C, Lənkəranda 27 ⁰C, Gəncədə 32⁰C, Göyçayda 36 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 8%, Qubada 11%, Gəncədə 13%, Lənkəranda 14%, Naxçıvanda 23%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 9%, Gəncədə 17%, Qubada 19%, Lənkəranda 21%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Şamaxıda və Tovuzda 0,4 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Lənkəranda 13 hPa, Cəfərxanda 14 hPa, Gədəbəydə və Qubada 15 hPa, Maştağada, İsmayıllıda, Sabirabadda və Ceyrançöldə 18 hPa, Beyləqanda 19 hPa, Gəncədə və Tovuzda 21-22 hPa, İmişlidə və Şəmkirdə 23 hPa, Bərdə-Tərtərdə 24 hPa, Şamaxıda və Göyçayda 26 hPa, Şəkidə-Zaqatala bölgəsində 24-28 hPa, Şərurda və Ordubadda 28-29 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 53-72%, Dağlıq Şirvanda 36-37%, Bərdə-Tərtərdə 49-50%, Gəncədə və Şəmkirdə 50-54%, Maştağada 62%, Qazax-Tovuzda 53-62%, Lənkəranda 72%, Qubada 62%, Şəki-Zaqatalada 36-47%, Şərur və Ordubadda 31-42% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Naxçıvanda və Şərurda 10 gün, Oğuzda 9 gün, Şəkidə və Balakəndə 8 gün, Qəbələdə və Şamaxıda 7 gün, Göyçayda və Ordubadda 6 gün, İmişlidə və Gəncədə 5 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Avqust ayının birinci ongünlüyü əsasən yağıntısız hava şəraiti ilə səciyyələnib, bəzi günlərdə havanın maksimum temperaturu aran rayonlarında 40-41⁰C-dək yüksəlib, bu da kənd təsərrüfatı bitkilərinin əlavə suvarılmasına ehtiyac yaradıb. Pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən bitkilərdə çiçəkləmə fenoloji mərhələsi davam edib, Sabirabadda ilk qozaların açılması qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 8 ədəd, Bərdədə və Tərtərdə 7 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 101-118 sm təşkil edib. Bağlarda nar, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi davam edib, Gəncədə heyva, Şamaxıda üzüm bitkilərində meyvələrin yetişməsi, Şəkidə, Lənkəranda, Sabirabadda və Qubada pomidor bitkisində tam yetişkənlik və yığım, Acınohurda və Şəkidə kələm bitkisində yığım qeydə alınıb. Balakəndə qarğıdalıda dənin süd yetişkənliyi, tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 2-ci biçindən sonra, Cəfərxanda 3-cü biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması davam edib. Dekada ərzində sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.