Respublikanın əksər bölgələrində iyul ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1 ⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 15,8⁰C,Qubada 21⁰C, Dağlıq Şirvan bölgəsində, Maştağada, Şəki-Zaqatalada və Ceyrançöldə 22-23⁰C, Tovuzda və Gəncədə 24⁰C, Mil-Muğanda, Bərdə-Tərtərdə, Lənkəranda, Goranboyda, Şəmkirdə, Şərurda və Ordubadda 25-26⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 10⁰C, Ceyrançöldə 14⁰C, Dağlıq Şirvan bölgəsində, Qubada, Tovuzda, Ceyrançöldə, Şərurda, Şəki-Zaqatala bölgəsində 15-17⁰C, Gəncədə və Ordubadda 18-19⁰C, Cəfərxanda 20 ⁰C, Bərdədə 21⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Tovuzda və Ceyrançöldə 13-14⁰C, Qubada 15⁰C, Şəkidə 16⁰C, Gəncədə və Ordubadda 17⁰C, Cəfərxanda 18 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 20⁰C, Qubada 21⁰C, Naxçıvanda və Göyçayda 26 ⁰C, Gəncədə 27⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 21 ⁰C, Qubada 22 ⁰C, Lənkəranda 22 ⁰C, Göyçayda 30 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Qubada 11%, Gəncədə 13%, Şəkidə 17%, Naxçıvanda 23%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 9%, Gəncədə 17%, Qubada 20%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 41 mm, Gədəbəydə və Şamaxıda 9 mm, Gəncədə 8 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 5 hPa, Balakəndə 9 hPa, Lənkəranda, Qubada, Ceyrançöldə, Şəkidə və Qəbələdə 10-11 hPa, Oğuzda, Cəfərxanda, Şamaxıda 12 hPa, Tovuzda 13 hPa, Bərdədə, Beyləqanda, Sabirabadda, Gəncədə və Şəmkirdə 14-15 hPa, Tərtərdə, İsmayıllıda, Şərurda və Ordubadda 16-17 hPa, İmişlidə 19 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 49-66%, Dağlıq Şirvanda və Maştağada 43-56%, Bərdə-Tərtərdə 50-57%, Gəncədə və Şəmkirdə 59%, Qazax-Tovuzda 60-74%, Lənkəranda 63%, Qubada 64%, Şəki-Zaqatalada 61-76%, Şərur və Ordubadda 46-54% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı İsmayıllıda 9 gün, Şərurda 5 gün, Gəncədə və Şəmkirdə 3 gün, İmişlidə 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Gəncədə (maksimum sürət 20 m/san), 2 gün Şamaxıda (maksimum sürət 20 m/san), 1 gün Naxçıvanda (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə məhsul yığımı başa çatıb, İmişlidə, İsmayıllıda və Şamaxıda tam yetişkənlik mərhələsi və yığım qeydə alınıb. Pambıq əkilmiş sahələrdə İmişlidə 8-ci yarpağın açılması, Bərdədə, Tərtərdə, Goranboyda, Sabirabadda, Gəncədə bitkilərdə qönçələnmə, Cəfərxanda və Beyləqanda çiçəkləmə fenoloji mərhələsi müşahidə edilib. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi, alça, ərik, gilas, albalı və tut ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı davam edib. Şəkidə, Acınohurda və Lənkəranda pomidor bitkisində narıncı yetişkənlik, Sabirabadda tam yetişkənlik, Qubada yaşıl yetişkənlik, Cəfərxanda və Sabirabadda qarpız bitkisində tam yetişkənlik və yığım qeydə alınıb. Gədəbəydə kartof bitkisində çiçəkləmənin sonu, Qubada məhsul yığımı müşahidə edilib. Şəkidə və Balakəndə qarğıdalıda süpürgəciyin çıxması və çiçəkləmə, tütün bitkisində Balakəndə 7-ci əsl yarpağın və sonrakı hər tək saylı yarpağın çıxması, Lənkəranda çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması, naringi, feyxoa kimi sitrus bitkilərində yay durğunluğu dövrünün başlanması müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 1-ci, Cəfərxanda 2-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması qeydə alınıb. Dekada ərzində sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər bölgələrində iyul ayının ikinci ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-4 ⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 21,7⁰C, Qubada, Dağlıq Şirvan bölgəsində, Lənkəranda 27⁰C, Şəki-Zaqatalada, Ceyrançöldə, Tovuzda, Maştağada, Mərkəzi Aranda, Gəncədə, Şəmkirdə, Mil-Muğanda, Bərdə-Tərtərdə 28-30⁰C, Şərurda və Ordubadda 29-31⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 13⁰C, İsmayıllıda 18⁰C, Qubada 19⁰C, Zərdabda, Cəfərxanda, Tovuzda 20⁰C, Şamaxıda, Ceyrançöldə, Maştağada, Bərdədə, Şamaxıda 21⁰C, Şəki-Zaqatala bölgəsində 19-21⁰C, Gəncədə və Göyçayda 22⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Cəfərxanda 11⁰C, Qubada 17⁰C, Maştağada 18⁰C, Tovuzda, Gəncədə və Şəkidə 19⁰C, Ceyrançöldə 20⁰C, Göyçayda 21⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 24⁰C, Qubada 27⁰C, Naxçıvanda və Göyçayda 29⁰C, Gəncədə 31⁰C, Lənkəranda 27⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 25 ⁰C, Qubada 27 ⁰C, Lənkəranda 25 ⁰C, Göyçayda 35 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Qubada və Şəkidə 11%, Gəncədə 14%, Lənkəranda 14%, Naxçıvanda 23%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 9%, Gəncədə və Lənkəranda 17%, Qubada 20%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Gədəbəydə 6 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Gədəbəydə 12 hPa, Lənkəranda və Cəfərxanda 15 hPa, Qubada və Ceyrançöldə 17 hPa, Maştağada və Tovuzda 20 hPa, Bərdədə və Sabirabadda 21 hPa, Zərdabda və Şamaxıda 22 hPa, Gəncədə və Şəmkirdə 23 hPa, Şəkidə-Zaqatala bölgəsində 19-25 hPa, İmişlidə və Tərtərdə 25-26 hPa, Göyçayda 27 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 47-67%, Dağlıq Şirvanda 36-41%, Bərdə-Tərtərdə 43-53%, Gəncədə və Şəmkirdə 47-49%, Maştağada 56%, Qazax-Tovuzda 55-61%, Lənkəranda 65%, Qubada 54%, Şəki-Zaqatalada 42-57%, Şərur və Ordubadda 46-54% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Göyçayda 9 gün, Oğuzda 7 gün, Şəki, Beyləqanda və Şamaxıda 5 gün, Sabirabadda 4 gün, Qəbələdə və Zərdabda 3 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Şəmkirdə və Tovuzda (maksimum sürət 20 m/san), Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə məhsul yığımı başa çatıb, İmişlidə, İsmayıllıda, Qubada və Şamaxıda tam yetişkənlik mərhələsi və yığım qeydə alınıb. Pambıq əkilmiş sahələrdə İmişlidə qönçələnmə, Bərdədə, Tərtərdə, Goranboyda, Sabirabadda, Gəncədə, Cəfərxanda və Beyləqanda bitkilərdə çiçəkləmə fenoloji mərhələsi müşahidə edilib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 59-97 sm təşkil edib. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi, alça, ərik, gilas, albalı və tut ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı davam edib. Şəkidə pomidor bitkisində narıncı yetişkənlik, Acınohurda, Lənkəranda və Sabirabadda tam yetişkənlik, Cəfərxanda və Sabirabadda qarpız bitkisində tam yetişkənlik və yığım qeydə alınıb. Gədəbəydə kartof bitkisində üst hissənin solması, Qubada məhsul yığımı müşahidə edilib. Balakəndə qarğıdalıda qıçanın çiçəkləməsi, Şəkidə silos üçün yığım, tütün bitkisində Balakəndə orta yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı, Lənkəranda çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların yığımı, naringi, feyxoa kimi sitrus bitkilərində yay durğunluğu dövrünün başlanması müşahidə edilib, Şəkidə və Acınohurda kələm bitkisində baş bağlama mərhələsi davam edib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində yaşıl kütlənin 2-ci biçini, Cəfərxanda 2-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması qeydə alınıb. Dekada ərzində sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə  3-5 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 22,5 ⁰C, Qubada, Dağlıq Şirvan bölgəsində 26-27 ⁰C, Maştağada və Lənkəranda 28 ⁰C, Şəki-Zaqatalada, Ceyrançöldə, Tovuzda, Gəncədə, Şəmkirdə 29-30 ⁰C, Mil-Muğanda, Bərdə-Tərtərdə, Şərurda və Ordubadda 30-31 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 15 ⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 19-20 ⁰C, Zərdabda, Cəfərxanda, Tovuzda 20 ⁰C, Şamaxıda, Ceyrançöldə, Maştağada, Bərdədə, Şamaxıda 21 ⁰C, Şəki-Zaqatala bölgəsində 19-21 ⁰C, Gəncədə və Göyçayda 22 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Tovuzda və Qubada 18 ⁰C, Şəkidə, Ceyrançöldə, İsmayıllıda və Şərurda 20 ⁰C, Maştağada və Cəfərxanda 21 ⁰C, Gəncədə və Ordubadda 22 ⁰C, Göyçayda 23 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 26 ⁰C, Şəkidə və Lənkəranda 27 ⁰C, Göyçayda 29⁰C, Gəncədə 33 ⁰C, Naxçıvanda 30 ⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 28 ⁰C, Qubada 27 ⁰C, Lənkəranda 26 ⁰C, Gəncədə 31 ⁰C, Göyçayda 36 ⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 9%, Qubada 11%, Gəncədə və Lənkəranda 14%, Naxçıvanda 23%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 9%, Şəkidə və Lənkəranda 15%, Gəncədə 17%, Qubada 20%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Ceyrançöldə 6 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə və Lənkəranda 13 hPa, Cəfərxanda və Maştağada 14 hPa, İsmayıllıda və Ceyrançöldə 15-16 hPa, Beyləqanda, Şamaxıda, Gəncədə və Tovuzda 20 hPa, Bərdə-Tərtərdə 23 hPa, Şəmkirdə və Şəki-Zaqatala bölgəsində 18-21 hPa, Göyçayda 26 hPa, Şərurda 27 hPa, Ordubadda 30 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 57-71%, Dağlıq Şirvanda 39-46%, Bərdə-Tərtərdə 50%, Gəncədə və Şəmkirdə 53-57%, Maştağada 66%, Qazax-Tovuzda 57-62%, Lənkəranda 70%, Qubada 63%, Şəki-Zaqatalada 46-53%, Şərur və Ordubadda 39-44% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Şərurda 10 gün, Göyçayda 9 gün, Ordubadda 8 gün, Şəkidə və Şamaxıda 4 gün, Oğuzda və Şəmkirdə 3 gün, Beyləqanda, Qəbələdə və Gəncədə 2 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Gəncədə (maksimum sürət 24 m/san), Goranboyda (maksimum sürət 19 m/san), 1 gün Şəkidə (maksimum sürət 20/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində ölkə ərazisində isti və yağıntısız hava şəraiti qeydə alınıb, buda kənd təsərrüfatı bitkilərinin əlavə suvarılmasına ehtiyac yaradıb. Pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən bitkilərdə çiçəkləmə fenoloji mərhələsi davam edib, Tərtər, Goranboy və Bərdədə bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 3-5 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 96-114 sm olub. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz, fındıq kimi gec yetişən meyvələrin böyüməsi davam edib, Lənkəranda fındıq və üzüm, Ordubadda alma və heyva ağaclarında meyvələrdə tam yetişkənlik mərhələsi qeydə alınıb və məhsul yığımına başlanıb. Şəkidə və Qubada pomidor bitkisində narıncı yetişkənlik, Acınohurda, Lənkəranda və Sabirabadda tam yetişkənlik və məhsul yığımı qeydə alınıb. Gədəbəydə kartof bitkisində üst hissənin solması, Qubada məhsul yığımı müşahidə edilib. Balakəndə qarğıdalıda dənin süd yetişkənliyi, Şəkidə kələm bitkisində baş bağlama, Acınohurda texniki yetişkənlik mərhələsi qeydə alınıb, Balakəndə tütün bitkisində yarpaqların yığımı davam edib. Qəbələdə yonca bitkisində yaşıl kütlənin 2-ci biçini, Cəfərxanda 3-cü bicini, Şəkidə və Gəncədə 2-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması qeydə alınıb. Dekada ərzində sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.