Respublikanın əksər bölgələrində iyun ayının birinci ongünlüyündə  yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2 ⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 14,9 ⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 19-20 ⁰C, Maştağada, Tovuzda, Ceyrançöldə, Lənkəranda 21-22 ⁰C, Mil-Muğanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Gəncə-Goranboyda 23-24 ⁰C, Şəki-Zaqatalada 20-22 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 8⁰C, Dağlıq Şirvan bölgəsində 10-11 ⁰C, Qubada və Şəki-Zaqatala bölgəsində 11-13 ⁰C, Maştağada, Mərkəzi Aranda, Gəncədə, Ceyrançöldə 15-16 ⁰C, Cəfərxanda 17 ⁰C, Ordubadda və Şərurda 13-14 ⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 10⁰C, Maştağada, İsmayıllıda və Şərurda 12 ⁰C, Şəkidə və Tovuzda 13 ⁰C, Göyçayda və Ceyrançöldə 14 ⁰C, Cəfərxanda və Gəncədə 15 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 18 ⁰C, Şəkidə 19 ⁰C, Göyçayda 21 ⁰C, Lənkəranda 22 ⁰C, Naxçıvanda 24 ⁰C, Gəncədə 26 ⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə 24 ⁰C, Qubada 19 ⁰C, Lənkəranda 31 ⁰C, Göyçayda 26 ⁰C, Şəkidə 20 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Şəkidə 25%, Naxçıvanda 26%, Lənkəranda 24%, Gəncədə 15%, Qubada 12%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 14%, Gəncədə 18%, Naxçıvanda 32%, Lənkəranda 31%, Qubada 22%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Şəki-Zaqatala bölgəsində 30-73 mm, Dağlıq Şirvan bölgəsində 47-59 mm, Tərtərdə 34 mm, Gədəbəydə 27 mm, İmişlidə və Sabirabadda 23 mm, Qubada 19 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 6 hPa, Şamaxıda və İsmayıllıda 8-9 hPa, Qubada, Maştağada, Lənkəranda, Ceyrançöldə və Şəki-Zaqatala bölgəsində 9-11 hPa, Bərdə-Tərtərdə, Şərurda və Gəncə Goranboyda 12-13 hPa, Mərkəzi Aranda 12-14 hPa, Mil Muğanda 12-16 hPa, Ordubadda və Tovuzda 19 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 53-66%, Dağlıq Şirvanda və Maştağada 62-67%, Mərkəzi Aranda 58-65%, Bərdə-Tərtərdə 60-63%, Gəncədə və Şəmkirdə 61-62%, Qazax-Tovuzda 64-69%, Lənkəranda 63%, Qubada 62%, Şəki-Zaqatalada 61-68%, Şərur və Ordubadda 42-56% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Ordubadda 6 gün, İmişlidə 5 gün, Beyləqanda 3 gün, Cəfərxanda 2 gün, Sabirabad, Gəncə və Tovuzda 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 28 m/san), 1 gün Gəncədə və Zərdabda (maksimum sürət 18 m/san), Şəkidə və Bərdədə (maksimum sürət 15 m/san), Goranboyda (maksimum sürət 23 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

İyun ayının birinci ongünlüyündə yağıntılı hava şəraiti qeydə alınıb ki, buda bostan- tərəvəz, pambıq bitkilərinin suya olan tələbatını nisbətən təmin edib, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə Bərdədə, Tovuzda, İsmayıllıda dənin süd yetişkənliyi, Gəncədə, Beyləqanda, Goranboyda, Tərtərdə, Qubada, Şamaxıda dənin mum yetişkənliyi, Cəfərxanda, Zərdabda, Şəkidə, Sabirabadda, Qəbələdə dənin tam yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb, Cəfərxanda arpa bitkisində məhsul yığımı başlayıb. Pambıq əkilmiş sahələrdə Tərtər, Goranboy, Gəncə, Sabirabad və Beyləqanda bitkilərdə 5-ci əsl yarpağın çıxması, Cəfərxanda qönçələnmə mərhələsi qeydə alınıb. Goranboyda ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 949 ədəd, Tərtərdə 759 ədəd təşkil edib. Aran və dağətəyi rayonlarda nar, xurma, heyva, qoz ağaclarında meyvələrin böyüməsi davam edib, alça, ərik, gilas, albalı və tut ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı qeydə alınıb. Acınohur və Sabirabadda pomidor bitkisində ilk güllərin tökülməsi, Cəfərxanda və Sabirabadda qarpız bitkisində, Gədəbəydə və Qubada kartofda çiçəkləmə mərhələsi müşahidə edilib. Şəkidə və Balakəndə qarğıdalıda 9-cu yarpağın çıxması, tütün bitkisində gövdənin böyüməsi mərhələsi qeydə alınıb. Tovuz və Gəncədə yonca bitkisində yaşıl kütlənin 1-ci, Cəfərxanda 2-ci biçini, Şəkidə və Qəbələdə 1-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərində toxumun yetişməsi mərhələsi qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.