Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyündə yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12,6⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 15-16 ⁰C, Maştağada, Tovuzda, Ceyrançöldə, Lənkəranda, Şəki-Zaqatala bölgəsində 16-18⁰C, Mil-Muğanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda 19⁰C, Gəncə-Goranboyda 19-21 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 5⁰C, Qubada, Ceyrançöldə və Dağlıq Şirvan bölgəsində 5-6 ⁰C, Şəki-Zaqatala bölgəsində 6-9 ⁰C, Tovuzda 7 ⁰C, Gəncə, Cəfərxan, Maştağa və Mərkəzi Aranda 9-10 ⁰C, Bərdədə 8 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada və Şəkidə 4 ⁰C, Ceyrançöldə 5 ⁰C, Göyçayda və Tovuzda 7 ⁰C, Maştağada, Cəfərxanda və Gəncədə 8-9 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda və Lənkəranda 16 ⁰C, Qubada və Şəkidə 14 ⁰C, Naxçıvanda 18 ⁰C, Gəncədə 19 ⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə və Göyçayda 18 ⁰C, Qubada və Şəkidə 14-15 ⁰C, Lənkəranda 16 ⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Şəkidə 37%, Naxçıvanda 29%, Lənkəranda 59%, Gəncədə 25%, Qubada 16%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 42%, Göyçayda 19%, Gəncədə 23%, Naxçıvanda 32%, Lənkəranda 65%, Qubada 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox İsmayıllıda 65 mm, Şəki-Zaqatala bölgəsində 25-57 mm, Göyçay və Şamaxıda 32 mm, Lənkəran və Gədəbəydə 25 mm, Qubada 19 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Lənkəranda və Şamaxıda 4 hPa, Maştağada və Qubada 5 hPa, Tovuzda və Ceyrançöldə 6 hPa, Dağlıq Şirvanda və Şəki-Zaqatalada 3-7 hPa, Mərkəzi Aranda 6-7 hPa, Bərdə-Tərtərdə və Gəncə-Goranboyda 8 hPa, Mil-Muğanda 7-9 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 67-76%, Dağlıq Şirvanda və Maştağada 67-79%, Mərkəzi Aranda 74-79%, Bərdə-Tərtərdə 69%, Gəncədə və Şəmkirdə 69-70%, Qazax-Tovuzda 69-74%, Lənkəranda 83%, Qubada 75%, Şəki-Zaqatalada 74-78%, Şərur və Ordubadda 54-64% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Gəncədə 2 gün, Göyçay və Balakəndə 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Goranboyda (maksimum sürət 19 m/san), 1 gün Maştağada (maksimum sürət 18 m/san), Balakəndə (maksimum sürət 20 m/san), Sabirabadda (maksimum sürət 17 m/san), Şəkidə (maksimum sürət 15 m/san), 2 gün Gəncədə (maksimum sürət 18 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

May ayının birinci ongünlüyündə yağıntılı hava şəraiti qeydə alınıb, bu da torpaqda rütubətliliyi artırıb, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını nisbətən təmin edib. Lakin yağıntıların intensiv olması və güclü külək çiçəkləmə mərhələsində olan payızlıq dənli bitkilərdə tozlanma üçün əlverışsiz olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə Gəncədə, Tovuzda, Şamaxıda, İsmayıllıda, Bərdədə bitkilərdə sünbülləmə, Cəfərxanda, Goranboyda, Tərtərdə, Şəkidə, Oğuzda, Qəbələdə və Sabirabadda çiçəkləmə, Zərdabda çiçəkləmənin sonu mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 92-119 sm olub. Dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı Göyçayda 602 ədəd, sünbüllü gövdələrin ümumi sayı 578 ədəd, 1 sünbüldə sünbülcüklərin cəm sayı 15 ədəd, Şamaxıda gövdələrin ümumi sayı 376, sünbüllü gövdələrin ümumi sayı 360 ədəd, bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 16, inkişaf etməmiş sünbülcüklərin orta sayı 2 ədəd təşkil edib. Pambıq əkilmiş sahələrdə Bərdə, Tərtər, Goranboy, Sabirabad və Beyləqanda göyərmə, Gəncə və Cəfərxanda 1-ci əsl yarpağın çıxması mərhələsi qeydə alınıb. Bostan və tərəvəz bitkilərində də vegetasiya davam edib, kartof, qarpız bitkilərində göyərmə, pomidorda yan budaqların çıxması, kələm bitkisində 3-cü, qarğıdalıda 5-ci yarpağın açılması müşahidə edilib. Lənkəranda çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması, sitrus bitkilərində qönçələnmə və çiçəkləmə qeydə alınıb. Dekada ərzində ərik, alça, gilas, albalı, gilas kimi meyvə ağaclarında meyvələrin böyüməsi davam edib, tut ağaclarında onuncu yarpağın açılması müşahidə edilib. Tovuz, Gəncə, Şəki, Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, yan budaqların və hamaşçiçəklərin çıxması, Cəfərxanda 1-ci biçindən sonra otların boy atması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində yaz vegetasiyasının başlanması, budaqlanma və budaqların boy atması mərhələsi qeydə alınıb.


Respublikanın əksər bölgələrində may ayının ikinci ongünlüyündə yağıntılı və qeyri- sabit hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-4 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12,8 ⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 15-17 ⁰C, Maştağada, Tovuzda, Ceyrançöldə, Lənkəranda, Şəki-Zaqatala bölgəsində 17-19 ⁰C, Mil-Muğanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda 19-20 ⁰C, Gəncə-Goranboyda 18-21 ⁰C qeydə alınıb. 



Havanın minimum temperaturu Gədəbəydə 5⁰C, Qubada, Tovuzda, Ceyrançöldə və Dağlıq Şirvan bölgəsində 8-9 ⁰C, Şəki-Zaqatala bölgəsində və Gəncədə 11-12 ⁰C, Cəfərxan və Bərdədə 13 ⁰C, Maştağa və Göyçayda 14 ⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 6 ⁰C, Ceyrançöldə və Tovuzda 7-8 ⁰C, Şəkidə, Cəfərxanda və Gəncədə 10-11, Maştağada 12 ⁰C, Göyçayda 13 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda və Lənkəranda 18 ⁰C, Şəkidə 17 ⁰C, Qubada 14 ⁰C, Naxçıvanda 19 ⁰C, Gəncədə 20 ⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə və Göyçayda 20 ⁰C, Qubada 14 ⁰C, Lənkəranda 18 ⁰C, Şəkidə 17 ⁰ qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Şəkidə 35%, Naxçıvanda 33%, Lənkəranda 46%, Gəncədə 23%, Qubada 15%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 43%, Göyçayda 17%, Gəncədə 23%, Naxçıvanda 33%, Lənkəranda 60%, Qubada 27%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 99 mm, Şəkidə 74 mm, Tovuzda 53 mm, Qazaxda və Oğuzda 33 mm, Gədəbəydə 28 mm, Qəbələdə 27 mm, Qubada 22 mm, Şamaxıda 17 mm, Şəmkirdə və İsmayıllıda 16 mm qeydə alınıb.



Rütubət çatışmazlığı Qubada və Şamaxıda 3 hPa, Lənkəranda 4 hPa, Maştağada, Şəmkirdə və Ceyrançöldə 6 hPa, Şəki-Zaqatalada 5-6 hPa, Gəncədə və İsmayıllıda 7 hPa, Mərkəzi Aranda 6-8 hPa, Bərdə-Tərtərdə və Mil Muğanda 8-10 hPa, Tovuzda 13 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 64-73%, Dağlıq Şirvanda və Maştağada 68-84%, Mərkəzi Aranda 74-75%, Bərdə-Tərtərdə 67-70%, Gəncədə və Şəmkirdə 70-73%, Qazax-Tovuzda 69-74%, Lənkəranda 83%, Qubada 75%, Şəki-Zaqatalada 74-78%, Şərur və Ordubadda 69-77% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Gəncədə 2 gün, Göyçay və Balakəndə 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Goranboyda və Maştağada (maksimum sürət 23 m/san), Gəncədə (maksimum sürət 20 m/san), 3 gün Tərtərdə (maksimum sürət 20 m/san), 1 gün Balakəndə (maksimum sürət 25 m/san), Oğuzda, Göyçayda və Cəfərxanda (maksimum sürət 20 m/san), Sabirabadda (maksimum sürət 17 m/san), Şəkidə (maksimum sürət 15 m/san), 2 gün Şəmkirdə (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

May ayının ikinci ongünlüyündə yağıntılı və qeyri sabit hava şəraiti qeydə alınıb, bu da torpaqda rütubətliliyi artırıb, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını nisbətən təmin edib. Lakin belə hava şəraiti bəzi ərazilərdə kənd təsərrüfatı bitkiləri üçün əlverişsiz olub. Qubada torpağın və havanın həddindən artıq nəmlənməsi nəticəsində gilas, alma, armud, albalı kimi meyvə ağaclarında yetişməmiş meyvələrin zədələnməsi və yerə tökülməsi müşahidə edilib. Taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə Gəncədə, Tovuzda, İmişlidə sünbülləmə, İsmayıllıda, Bərdədə, Qubada çiçəkləmə, Goranboyda, Beyləqanda, Tərtərdə, Şəkidə, Oğuzda, Qəbələdə, Şamaxıda, Zərdabda və Sabirabadda dənin süd yetişkənliyi, Cəfərxanda mum yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 98-124 sm olub. Dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı Goranboyda 552 ədəd, sünbüllü gövdələrin ümumi sayı 525 ədəd, Bərdədə gövdələrin ümumi sayı 597 ədəd, sünbüllü gövdələrin ümumi sayı 549 ədəd, Sabirabadda gövdələrin ümumi sayı 910 ədəd, sünbüllü gövdələrin ümumi sayı 840 ədəd təşkil edib. Pambıq əkilmiş sahələrdə Bərdə, Tərtər, Goranboy, Sabirabad və Beyləqanda 1-ci əsl yarpağın çıxması, Gəncədə 3-cü, Cəfərxanda 5-ci əsl yarpağın çıxması mərhələsi qeydə alınıb. Aran və dağətəyi rayonlarda meyvə ağaclarında uzununa boy atmanın dayanması, meyvələrin böyüməsi, alça və tut ağaclarında meyvələrin yetişməsi, Gəncə və Şamaxıda üzüm kollarında ilk hamaşçiçəklərin çıxması müşahidə edilib. Bostan və tərəvəz bitkilərində də vegetasiya davam edib, Cəfərxanda və Sabirabadda qarpız bitkisində qönçələnmə, pomidor və kartof bitkilərində hamaşçiçəklərin çıxması, kələm bitkisində 3-cü, qarğıdalıda 7-ci yarpağın açılması qeydə alınıb. Tovuz və Gəncədə yonca bitkisində hamaşçiçəklərin çıxması, Cəfərxanda 1-ci biçindən sonra otların boy atması, Şəki və Qəbələdə yaşıl kütlənin 1-ci biçini müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərində yaz vegetasiyasının başlanması, budaqlanma və budaqların boy atması mərhələsi qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.