Respublikanın əksər bölgələrində may ayının birinci  ongünlüyündə yağıntılı hava şəraiti   müşahidə edilib.  Havanın orta temperaturu  çoxillik iqlim normasına  yaxın olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 10,4ºC, Dağlıq Şirvan bölgəsində  14ºC, Qubada 13,2ºC, Lənkəran-Astarada, Maştağada, Ceyrançöl-Tovuzda 16-17ºC, Gəncə-Goranboyda 16-19ºC, Qarabağ bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda  17-18ºC, Şəki-Zaqatalada 15-17ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 4ºC, Dağlıq Şirvanda 6-8ºC, Qubada 9ºC, Gəncədə 13ºC, Cəfərxanda və Zərdabda 11-12ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Maştağada 10ºC, Qubada 8ºC, Şəki-Zaqatalada 9ºC, Gəncədə və Cəfərxanda 10-11ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 46-78 mm, Dağlıq Şirvanda 36-48 mm, Gədəbəydə 52 mm, Lənkəran-Astara bölgəsində 26-67 mm, Bərdə-Tərtərdə 13-22 mm, Mil-Muğanda 6-31 mm, Mərkəzi Aranda 22-36 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Şəki-Zaqatalada, Qubada, Dağlıq Şirvanda, Maştağada, Bərdə-Tərtərdə və Gəncədə 5-6 hPa, Mil-Muğanda, Mərkəzi Aranda və Qazax-Tovuzda 7-9 hPa, Lənkəran-Astara bölgəsində 4 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 65-73%, Dağlıq Şirvanda 71-74%, Mərkəzi Aranda 72-75%, Bərdə-Tərtərdə 67-73%, Gəncədə 80%, Qazax-Tovuzda 63-81%, Lənkəran-Astara bölgəsində 74-80%, Qubada 73%, Şəki-Zaqatalada 71-79%, Maştağada 76% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Goranboyda (maksimum sürət 20 m/san),  1 gün  Gəncədə və Göyçayda   (maksimum sürət 20 m/san)  təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın olması və yağıntılı  hava şəraiti payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olub. Dekada ərzində  Zaqatala, Oğuz, Quba, İsmayıllı, Tovuzda  bitkilərdə sünbülləmə, Goranboy, Tərtər, Şəki, Göyçay, Beyləqan, Biləsuvar və  Cəfərxanda buğdada çiçəkləmə, Sabirabad, Cəfərxan və Şəkidə  arpa bitkisində  süd yetişkənliyi mərhələsi qeydə alınmış, bitkilərin boyu 88-112 sm olub.
Beyləqan və Gəncədə pambıq bitkisində cücərmə, İmişli, Bərdə, Goranboy və Tərtərdə göyərmə, Cəfərxan və  Sabirabadda 1-ci yarpağın  çıxması fenoloji mərhələsi müşahidə edilib.
Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəkləmə, çiçəkləmənin sonu, meyvələrin böyüməsi,  Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması mərhələsi qeydə alınıb. 
Dekadanın yağıntılı keçməsi əkilmiş bostan və tərəvəz  bitkilərinin suya olan tələbatını nisbətən ödəyib, bitkilərin  növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Həmçinin Qubada aqrotexniki tədbirlərdən dərmanlama və  gübrələmə  işləri aparılıb.



Respublikanın əksər bölgələrində may ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2 ºC  aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 8,7ºC, Dağlıq Şirvan bölgəsində  11-13ºC, Qubada 11,8ºC, Lənkəran-Astarada 16ºC, Maştağada və Ceyrançöl-Tovuzda 15ºC, Gəncə-Goranboyda və Qarabağ bölgəsində 15-17ºC, Mil-Muğanda və Mərkəzi Aranda  16-17ºC, Şəki-Zaqatalada 13-15ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 2ºC, Dağlıq Şirvanda və Qubada 6ºC, Cəfərxanda 9ºC, Gəncədə və Zərdabda 11ºC, qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 4ºC, Şəki-Zaqatalada 7-8ºC, Maştağada, Gəncədə və Cəfərxanda 9ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 86-192 mm, Dağlıq Şirvanda 90-111 mm, Gədəbəydə 58 mm, Qubada 50 mm, Lənkəran-Astara bölgəsində 30-81 mm, Bərdə-Tərtərdə və Mil-Muğanda 23-27 mm, Mərkəzi Aranda 24-72 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Gəncədə və Qubada,4 hPa, Maştağada və Bərdə-Tərtərdə 5 hPa, Şəki-Zaqatalada, Lənkəran-Astara bölgəsində və Qazax- Tovuzda 3-5 hPa, Dağlıq Şirvanda 2-5 hPa, Mil-Muğanda və Mərkəzi Aranda 5-7 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 68-79%, Dağlıq Şirvanda 69-86%, Mərkəzi Aranda 72-76%, Bərdə-Tərtərdə 76-77%, Gəncədə 79%, Qazax-Tovuzda 68-81%, Lənkəran-Astara bölgəsində 78-81%, Qubada 74%, Şəki-Zaqatalada 76-84%, Maştağada 75% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Goranboyda (maksimum sürət 22 m/san), 2 gün Göyçayda   (maksimum sürət 21 m/san), Maştağada (maksimum sürət 17 m/san), 1 gün Şəkidə və Gəncədə  (maksimum sürət 20 m/san), Zaqatalada və Sabirabadda    (maksimum sürət 17 m/san)  təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

May ayının ikinci ongünlüyünün yağıntılı  keçməsi payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olub. Dekada ərzində Zaqatalada,Şəkidə və Qəbələdə payızlıq dənli bitkilərdə çiçəkləmə, ,Beyləqanda, Sabirabadda, Zərdabda və Biləsuvarda dənin süd yetişkənliyi, Bərdədə  və Goranboyda dənin mum yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb.
Biləsuvarda pambıq bitkisində cücərmə, Sabirabadda və Goranboyda göyərmə, Gəncədə və Tərtərdə 1-ci,İmişlidə və Cəfərxanda 3-cü əsl yarpağın çıxması mərhələləri  müşahidə  edilib.
Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas,heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib.Biləsuvarda və Oğuzda  tutda məhsul  yetişməsi qeydə alınıb. Zaqatala və Balakəndə tütün bitkisində 5-ci əsl yarpağın, Şəkidə və Balakəndə qarğıdalıda 3-cü və 5-ci yarpağın çıxması mərhələləri müşahidə edilib. Sabirabadda və Şəkidə pomidor bitkisində yan budaqların, Gədəbəydə kartofda göyərmə  mərhələləri qeydə alınıb.
Dekada ərzində  suvarma, kultivasiya və dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb. Qubada əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi əkin sahələrində yatma,alça və gilasda kal meyvələrdə partlama və yerə tökülmə müşahidə edilib.


Respublikanın əksər bölgələrində may ayının üçüncü ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasına yaxın olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12,4ºC, Dağlıq Şirvan bölgəsində və  Qubada 16-17ºC,  Maştağada, Lənkəran-Astarada 19-20ºC, Ceyrançöl-Tovuzda 18-19ºC, Gəncə-Goranboyda və Qarabağ bölgəsində 20-22ºC, Mil-Muğanda və Mərkəzi Aranda 21ºC, Şəki-Zaqatalada 16-19ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 6ºC, Dağlıq Şirvanda, Zərdabda və Qubada 10ºC, Cəfərxanda 11ºC, Gəncədə 12ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 8ºC, Maştağada,Şəki-Zaqatalada və Cəfərxanda 9-10ºC, Gəncədə 11ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 12-37 mm, Gədəbəydə 69 mm, Gəncədə 14 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Gəncədə 4 hPa, Bərdə-Tərtərdə və Şəki-Zaqatalada 8-9 hPa, Lənkəran - Astara bölgəsində və Qazax- Tovuzda 5-8 hPa, Maştağada və Dağlıq Şirvanda 9 hPa, Mil-Muğanda, Qubada və Mərkəzi Aranda 10 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 60-69%, Dağlıq Şirvanda 62-63%, Mərkəzi Aranda 64-67%, Bərdə-Tərtərdə 68-69%, Gəncədə 77%, Qazax-Tovuzda 62-81%, Lənkəran-Astara bölgəsində 71-82%, Qubada 66%, Şəki-Zaqatalada 64-77%, Maştağada 68% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Gəncədə (maksimum sürət 30 m/san), 2 gün Goranboyda, Şəkidə və Balakəndə (maksimum sürət 20 m/san), 1 gün Maştağada və Ceyrançöldə (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər dağətəyi rayonlarda bitkilərdə dənin süd yetişkənliyi, aran rayonlarında isə mum yetişkənliyi fenoloji mərhələsi müşahidə edilib. 1m2 sahəyə düşən sünbüllü gövdələrin sayı 500-540 ədəd təşkil edib. Dekadanın sonunda bitkilərin boyu 88-146 sm olub.
Pambıqçılıq rayonlarında pambıq bitkisində 3-cü və 5-ci yarpağın çıxması fenoloji mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkilərin boyu 12-23 sm təşkil edib.Əlverişli hava şəraiti dekada ərzində meyvə və subtropik bitkilərin inkişafı üçün əlverişli olub, əksər aran və dağətəyi rayonlarda tut bitkisində 5-ci, 10-cu yarpağın çıxması, əncir və üzümdə hamaş meyvələrin əmələ gəlməsi, ərik, alça, gavalı, albalı, gilas kimi meyvə ağaclarda isə meyvələrin böyüməsi mərhələsi müşahidə edilib.Şəki, Balakən və Zaqatalada qarğıdalı və tütün bitkilərində 5-ci və 7-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Şəki, Acınohur, Neftçalada pomidor bitkisindəyan budaqların əmələ gəlməsi və çiçəklənmə, Sabirabad və Cəfərxanda isə qarpız bitkisində qönçələnmə və birinci yarpağın çıxması qeydə alınıb.