Yanvar ayının birinci ongünlüyü əksər bölgələrimizdə havanın orta temperaturunun çoxillik iqlim normasından 4-6ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-4ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa, Bərdə, Tərtər, Gəncə, Goranboy və Lənkəran-Astara bölgəsində 8-9ºC, Şəki-Zaqatalada, Mil-Muğanda və Mərkəzi Aranda 7-8ºC, Dağlıq Şirvanda və Qubada 4-6ºC, Tovuz-Qazaxda 5-7ºC qeydə alınıb.


Havanın minimum temperaturu İsmayıllıda -5ºC, Gədəbəydə və  Qubada -4ºC, Şamaxıda -2ºC, Bərdə-Tərtərdə, Zərdabda və Tovuzda -1ºC  qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu Gəncədə və Qazax-Tovuzda -5ºC, Ceyrançöldə və Şamaxıda -3ºC, Şəki-Zaqatalada -2ºC,Göycayda vəCəfərxanda -1ºC  təşkil edib. 
Torpağın 10 sm dərinliyində orta temperatur  Gəncə, Quba, Şəki, Göyçay və Cəfərxanda 3-7ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 5-7ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 16%-ə qədər, 20 sm dərinlikdə 24%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 30 mm,Şamaxıda 23 mm, Beyləqanda 12 mm,Oğuzda 11mm, Qəbələdə, Balakəndə  və Tərtərdə 8 mm qeydə alınıb. Dekadanın  sonlarında Beyləqanda qalınlığı 4 sm, Biləsuvarda və Şamaxıda 2sm, Qubada və İmişlidə  1sm   olan qar örtüyü qeydə alınıb.  
Rütubət çatışmazlığı Dağlıq Şirvanda və  Lənkəran-Astara bölgəsində  2-4 hPa,  Şəki-Zaqatalada və Bərdə-Tərtərdə 3-6 hPa, Qazax- Tovuzda, Mil-Muğanda və  Mərkəzi Aranda 3-4 hPa, Qubada və Maştağada 3 hPa, Gəncədə 5 hPa arasında dəyişib.   
Nisbi rütubət Dağlıq Şirvanda 63-81%,Gəncədə 61%, Qazax-Tovuzda 66-70%, Bərdə-Tərtərdə 61-75%, Lənkəran - Astara bölgəsində 83%, Qubada 71%, Mil-Muğanda 73-81%,  Mərkəzi Aranda 68-75%, Şəki- Zaqatalada 55-68%,  Maştağada 77%  təşkil edib.Nisbi rütubəti 30% və ondan aşağı olan günlərin sayı Quba,Şamaxı və Balakəndə 1 gün, Zaqatala və Oğuzda 3 gün qeydə alınıb.


Maksimum sürəti15 m/san-dən çox olan küləkli günlərin sayı Maştağada (maksimum sürət 23 m/san), Bərdədə və Goranboyda (maksimum sürət 18 m/san) 4 gün, Göyçayda (maksimum sürət 21 m/san), Tərtərdə və Şəkidə (maksimum sürət 18 m/san) 3 gün, Tovuzda və Gədəbəydə (maksimum sürət 20 m/san), Şamaxıda (maksimum sürət 18 m/san) 2 gün, Beyləqanda (maksimum sürət 24 m/san), Gəncədə, İsmayıllıda, Zaqatalada və Balakəndə (maksimum sürət 18 m/san) 1 gün təşkiledib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Yanvar ayının birinci ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda temperaturun normadan yüksək olması və nisbətən yağıntılı hava şəraiti payızlıq dənli bitkilər üçün əlverişli olub. Zərdabda, Goranboyda, Tərtərdə və Bərdədə göyərmiş bitkilərdə üçüncü yarpağın çıxması, Zaqatalada buğum köklərin yaranması, Cəfərxanda, İmişlidə və Oğuzda kollanma, Sabirabadda buğumbağlama fenoloji mərhələləri qeydə alınıb. Ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 394-512 ədəd təşkil edib.
Dekada ərzində yağıntısız günlərdə sahələrdə xəstəlik və ziyanvericilərə qarşı dərmanlama, bağlarda meyvə ağaclarında budama və gübrələmə kimi kənd təsərrüfatı işləri aparılıb.

Yanvar ayının ikinci ongünlüyündə əksər bölgələrimizdə havanın orta temperaturunun çoxillik iqlim normasından 1-2ºC yüksək, dağlıq ərazilərdə 1-2ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa, Gəncə, Goranboyda 4-5ºC, Bərdə-Tərtərdə 4ºC, Mil-Muğanda, Mərkəzi Aranda və Lənkəran-Astara bölgəsində 3ºC, Tovuzda 3,4 ºC, Qazaxda 2ºC, Şəki-Zaqatalada 1-4ºC, Dağlıq Şirvanda və Qubada -0,8ºC qeydə alınıb.



Havanın minimum temperaturu İsmayıllıda -16ºC, Gədəbəydə -12ºC,  Qubada -9ºC, Cəfərxanda, Zərdabda, Şamaxıda və Qəbələdə -8ºC, Bərdədə -6ºC, Ceyrançöldə,Şəkidə və Oğuzda -5ºC, Zaqatalada, Göyçayda, Gəncədə və Tovuzda -4ºC  qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu Cəfərxanda -11ºC, Ceyrançöldə -8ºC, Tovuzda -7ºC, Göycayda, Şamaxıda, Gəncədə və Zaqatalada -6ºC, Şəkidə -3ºC təşkil edib. 
Torpağın 10 sm dərinliyində orta temperatur Gəncə, Quba, Şəki, Göyçay və Cəfərxanda 3-5ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 4-6ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 17%-ə qədər, 20 sm dərinlikdə 24%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəran-Astara bölgəsində 49-75 mm, Mil-Muğanda 15-18 mm, Maştağada 16 mm, Mərkəzi Arand 15-16 mm, Gədəbəydə və Qəbələdə 13 mm, Dağlıq Şirvanda 11 mm qeydə alınıb. 
Dekadanın bəzi günlərində yağan qarın hündürlüyü Qubada 58 sm, Lənkəranda 45 sm,  Biləsuvarda 42 sm, Gədəbəydə 41 sm, Cəfərxanda 34 sm, Oğuzda 20 sm, Qəbələdə 14 sm, Tərtərdə 11 sm, Sabirabadda 10 sm, Şəkidə və Gəncədə 7 sm təşkil edib.
Rütubət çatışmazlığı Dağlıq Şirvanda, Mərkəzi Aranda, Mil-Muğanda və Lənkəran-Astara bölgəsində 1-2 hPa, Qubada, Gəncədə, Qazax- Tovuzda və Maştağada 2 hPa, Şəki-Zaqatalada 1-3 hPa, Bərdə-Tərtərdə 2-5 hPa arasında dəyişib.
Nisbi rütubət Dağlıq Şirvanda 77-84%, Gəncədə 76%, Qazax - Tovuzda 74-78%, Bərdə - Tərtərdə 76-82%, Lənkəran - Astara bölgəsində 83-90%, Qubada 78%, Mil - Muğanda 79-87%, Mərkəzi Aranda 81-85%, Şəki - Zaqatalada 71-83%, Maştağada 77% təşkil edib. Nisbi rütubəti 30% və ondan aşağı olan günlərin sayı Zaqatala və Şəkidə 2 gün, Gəncə və Oğuzda 1 gün qeydə alınıb.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Goranboyda 5 gün (maksimum sürət 26 m/san), Gədəbəydə 4 gün (maksimum sürət 16 m/san), Maştağada 3 gün (maksimum sürət 22 m/san), Tərtərdə və  Şəkidə 2 gün (maksimum sürət 18 m/san), Göyçayda (maksimum sürət 20 m/san), Oğuzda və Şamaxıda (maksimum sürət 18 m/san), Bərdədə və Ceyrançöldə (maksimum sürət 16 m/san) 1 gün təşkil edib. 

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti 
Əksər bölgələrimizdə yanvar ayının ikinci ongünlüyündə yağıntılar əsasən qar şəklində düşüb, şaxtalı hava şəraiti müşahidə edilib. Müşahidə edilmiş şaxtalı hava xəstəlik və zərərvericilərin azalması, yağan qar torpaqda rütubət ehtiyatının toplanması, bitkilərin suya olan tələbatının ödənməsi üçün əlverişli şərait yaradıb. Taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən Goranboyda, Tərtərdə və Bərdədə payızlıq dənli bitkilərdə buğum köklərinin yaranması, Sabirabad və  İmişlidə kollanma, buğumbağlama inkişaf mərhələləri qeydə alınıb. 
Şaxtalı hava şəraiti müşahidə edilən günlərdə Şəki-Zaqatala, Dağlıq Şirvan və Qubada payızlıq dənli bitkilərin vegetasiya dayanıb.



Yanvar ayının üçüncü ongünlüyü əksər bölgələrimizdə yağıntılı hava şəraiti, havanın orta temperaturunun çoxillik iqlim normasından və ötən ilin göstəriciləri müqayisədə 1ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa və Lənkəran-Astara bölgəsində 3-4ºC, Gəncədə, Goranboyda və Bərdə-Tərtərdə 3ºC, Mil-Muğanda və Mərkəzi Aranda 2-3ºC, Tovuz və Qazaxda 2ºC, Gədəbəydə - 2,9ºC, Şəki-Zaqatalada 1-3ºC, Dağlıq Şirvanda və Qubada -0,8ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə-12ºC, İsmayıllıda-11ºC, Şamaxıda və Ceyrançöldə -8ºC, Qubada, Cəfərxanda və Qəbələdə -7ºC, Tovuzda, Şəkidə və Oğuzda -6ºC, Zaqatalada -5ºC, Zərdabda -4ºC qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu Şamaxıda, Tovuzda və Ceyrançöldə -8ºC, Gəncədə və Cəfərxanda -7ºC, Şəkidə -6ºC, Zaqatalada -4ºC, Göycayda -3ºC  təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperatur Gəncə, Quba, Şəki, Göyçay və Cəfərxanda 2-5ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 4-5ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 18%-ə qədər, 20 sm dərinlikdə 26%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəran-Astara bölgəsində 30-105 mm, Şəki-Zaqatalada 40-59 mm, Mərkəzi Aranda 23-30 mm, Mil-Muğanda  22-24 mm, Dağlıq Şirvanda 21-24 mm, Qazax- Tovuzda  22-36 mm, Bərdə-Tərtərdə 16-23 mm qeydə alınıb.
Dekadanın bəzi günlərində yağan qarın hündürlüyü Gədəbəydə 94 sm, Biləsuvarda 64 sm, Qəbəblədə 49 sm, Beyləqanda 37 sm, Şəkidə 32 sm, Oğuzda 34 sm, İmişlidə 30 sm, Tovuzda 27 sm təşkil edib.
Rütubət çatışmazlığı  Lənkəran-Astara bölgəsində, Dağlıq Şirvanda və Qubada 1 hPa, Gəncədə və  Maştağada 2 hPa, Qazax-Tovuzda, Şəki-Zaqatalada 1-2 hPa, Bərdə-Tərtərdə, Mərkəzi Aranda və Mil-Muğanda 1-9 hPa  arasında dəyişib.
Nisbi rütubət Dağlıq Şirvanda 85-89%,Gəncədə 83%, Qazax-Tovuzda 76-84%, Bərdə-Tərtərdə 84-88%, Lənkəran-Astara bölgəsində  86-91%, Qubada 84%, Mil-Muğanda 83-91%, Mərkəzi Aranda 89-90%, Şəki-Zaqatalada 70-87%, Maştağada 80% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Maştağada 3 gün (maksimum sürət 23 m/san), Goranboyda 2 gün (maksimum sürət 18 m/san), Biləsuvarda 1 gün (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Əksər bölgələrimizdə yanvar ayının üçüncü ongünlüyündə yağıntılar əsasən qar şəklində düşüb, şaxtalı hava şəraiti müşahidə edilib. Müşahidə edilmiş şaxtalı hava xəstəlik və zərərvericilərin azalması, yağan qar torpaqda rütubət ehtiyatının toplanması, bitkilərin suya olan tələbatının ödənməsi üçün əlverişli şərait yaradıb. Taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən Tərtərdə buğum köklərinin yaranması, Göyçayda, Goranboyda və Beyləqanda kollanma, Sabirabadda payızlıq dənli bitkilərdə buğumbağlama inkişaf mərhələləri qeydə alınıb. Cəfərxanda bitkilərdə kollanma dərəcəsi 2,7%, Goranboyda 1,9%, Tərtərdə 3,2 %, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 376-478 ədəd təşkil edib.
Şaxtalı hava şəraiti müşahidə edilən günlərdə Şəki-Zaqatala, Dağlıq Şirvan və Qubada payızlıq dənli bitkilərin vegetasiya dayanıb.