Respublikanın əksər bölgələrində iyul ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 2-3ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa, Qarabağ bölgəsində, Mil - Muğan və Mərkəzi Aranda 27-28 ºC, Lənkəran - Astara bölgəsində 26-27 ºC, Gəncədə və Goranboyda 26-29ºC, Tovuz- Qazaxda 18-26ºC, Qubada 24ºC, Dağlıq Şirvanda 25ºC, Şəki - Zaqatalada 25-26ºC qeydə alınıb.


Havanın minimum temperaturu Qazax, Tovuz 16-17ºC ,Gədəbəy 10ºC, Qubada və Dağlıq Şirvanda 15ºC, Mil-Muğanda və Mərkəzi Aran və Qarabağ bölgəsində  18-20 ºC, və Gəncə və Maştağada18 ºC , Şəki-Zaqatala bölgəsində 15-17 ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu  Şəki, Zaqatala və Qazax-Tovuzda15-18ºC,  Gəncə, Cəfərxanda və  Göyçayda 17-18ºC  təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Quba, Dağlıq Şirvanda, Şəki-Zaqatala bölgəsində və Tovuzda 26-29ºC, Gəncə, Mil-Muğanda və Mərkəzi Aran və Qarabağ bölgəsində  29-33 ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Bərdə-Tərtərdə 47-57 mm, Zaqatalada 34mm, Oğuzda 27mm, Qəbələdə 26mm, Göyçayda 25 mm,Şamaxı və İsmayıllıda 16-18mm, Tovuz və Zərdabda 14mm qeydə alınıb.
Nisbi rütubət  Bərdə -Tərtərdə 57-61%, Gəncədə 58%, Qazax və Tovuzda 54-71 %, Lənkəran - Astara bölgəsində 64-70%, Mil - Muğanda 49-64 %, Mərkəzi Aranda 51-57 %, Şəki - Zaqatalada 50-63%, Maştağada 60%, Quba 53% təşkil edib. 
Rütubət çatışmazlığı Gədəbəydə 7hPa , Lənkəran-Astarada 11-16 hPa, Qubada 16 hPa, Maştağada və Bərdə-Tərtərdə 17hPa Gəncə,Qazax-Tovuzda 15-16  hPa,  Dağlıq Şirvanda  17-20hPa, Şəki-Zaqatalada 14-18 hPa,  Mərkəzi Aran və Mil-Muğanda 18-22 hP arasında dəyişib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  5 gün Goranboyda 24 m/san, 2 gün  Gəncədə 24 m/san, Bərdədə 18 m/san, 1 gün Tovuzda 28 m/san, Göyçayda 20 m/san, Tərtər və Ceyrançöldə 18 m/san, Sabirabadda 17 m/san, İsmayıllıda 17 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
İyul ayının birinci ongünlüyü ərzində payızlıq dənli bitkilərdə Şəki, Qəbələ, Şamaxı, İsmayıllı, Tovuz və Gəncədə sahələrdə dənin tam  yetişkənliyi, məhsul yığımı qeydə alınıb. 
Pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Bərdə, Gəncə, Beyləqan, Biləsuvarda qönçələnmə, Cəfərxan, Sabirabad, İmişli, Tərtər və  Goranboyda çiçəkləmə mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkinin hündürlüyü  42-68 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı, əncir ağaclarında meyvələrdə məhsul yığımı, Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus bitkilərində yay durğunluğu dövrünün başlanması müşahidə edilib. Lənkəranda çay kollarında yarpaqların 2-ci yığımı, Zaqatalada 3-cü dərəcəli məhsuldar budaqların çıxması, Zaqatala və Balakəndə tütün bitkisində yarpaqların yığımı, qarğıdalı üçün  süpürgəciyin çıxması fenoloji mərhələləri müşahidə edilib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Lənkəran və Sabirabadda pomidor bitkilərinin tam yetişkənliyi, Gədəbəy ərazisində kartofda çiçəkləmənin sonu, Şəkidə kələmdə baş bağlama, Acınohurda texniki yetişkənlik mərhələləri qeydə alınıb. Cəfərxanda yaşıl kütlənin 3-cü, Şəkidə 2-ci biçini Zaqatalada yonca əkilmiş sahələrdə 2-ci biçindən sonra böyümə, Tovuzda və Gəncədə 1-ci biçindən sonra otların böyümə və çiçəklənmə mərhələləri müşahidə edilib. 
Dekada ərzində təsərrüfat sahələrində suvarma, alaq vurma, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.


Respublikanın əksər bölgələrində iyul ayının ikinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim norması daxilində, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 25ºC, Qarabağ bölgəsində, Mil - Muğan və Mərkəzi Aranda 25-26ºC, Lənkəran - Astara bölgəsində 24 ºC, Gəncədə və Goranboyda 25-27ºC, Tovuz- Qazaxda 17-25ºC, Quba və Dağlıq Şirvanda 21-22ºC, Şəki - Zaqatalada 22-25ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 9ºC, Naxçıvanda, Qubada, Şəki-Zaqatala bölgəsində və Dağlıq Şirvanda 15ºC, Mil-Muğanda 19ºC, Mərkəzi Aranda 17-18 ºC, Qarabağ bölgəsində, Tovuz- Qazaxda və Gəncədə 17ºC, Maştağada 20ºC qeydə alınıb.,
Torpaq səthinin minimum temperaturu Şəki-Zaqatalada 12-13ºC, Qazax-Tovuzda 14-16ºC , Gəncədə 15 ºC, Cəfərxanda və Göyçayda 18ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Şəki-Zaqatala bölgəsində 25-27ºC, Qubada və Dağlıq Şirvanda 24-26 ºC, Gəncədə, Naxçıvanda və Qarabağ bölgəsində 28-29 ºC, Mil-Muğanda və Mərkəzi Aranda 29-31ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 21-49 mm, Lənkəranda 45 mm, Mil-Muğanda 16-29 mm, Dağlıq Şirvanda 16-22 mm, Gədəbəydə 15 mm, Qubada və Göyçayda 11mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 54-65%, Gəncədə 55%, Qazax və Tovuzda 56-69 %, Lənkəran - Astara bölgəsində 78%, Mil - Muğanda 55-72 %, Quba və Mərkəzi Aranda 60 %, Şəki - Zaqatalada 57-68%, Maştağada 65%, Dağlıq Şirvanda 61-68% təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə və Lənkəranda 7hPa, Qubada 12hPa, Dağlıq Şirvanda 9-12hPa, Bərdə-Tərtərdə, Gəncədə, Tovuz-Ceyrançöldə, Mərkəzi Aranda 14-15 hPa, Mil-Muğanda 11-17 hPa, Maştağada 13hPa, Şəki-Zaqatalada 11-13 hPa arasında dəyişib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  5 gün Goranboyda küləyin maksimum sürəti 28 m/san, 3 gün  Gəncədə, 1 gün  Tərtərdə, Mərkəzi Aranda, Şəkidə küləyin maksimum sürəti 20 m/san, Bərdədə 22 m/san, Ceyrançöldə, Beyləqanda və Zaqatalada  18 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
İyul ayının ikinci ongünlüyü ərzində payızlıq dənli bitkilərdə Qubada sahələrdə  məhsul yığımı qeydə alınıb. 
Pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Bərdə, Gəncə, Beyləqanda çiçəkləmə, Sabirabad, İmişli, Tərtər və  Goranboyda ilk qozaların formalaşması mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkinin hündürlüyü  84-101 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı, əncir ağaclarında meyvələrdə məhsul yığımı davam edib, Şəki-Zaqatala  bölgəsində çay kollarında yarpaqların 3-cü yığımı,  qarğıdalıda qıçanın və  süpürgəciyin çiçəkləməsi, tütün bitkisində hamaşçiçəklərin çıxması və çiçəkləmə fenoloji mərhələləri müşahidə edilib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən  Lənkəran, Acınohur və Sabirabadda pomidor bitkilərinin tam yetişkənliyi və yığımı, Qubada yaşıl yetişkənlik, Gədəbəy ərazisində kartofda üst hissənin solması, Şəkidə kələmdə baş bağlama, Acınohurda məhsul yığımı qeydə alınıb. Zaqatalada yonca əkilmiş sahələrdə yaşıl kütlənin 3-cü biçini, Cəfərxanda 3-cü, Şəkidə və Gəncədə 2-ci biçindən sonra otların boyatması, Beyləqan və Tovuzda 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması mərhələləri müşahidə edilib.
Göyçayda xurma ağaclarında yarpaqların ziyanvericilər tərəfindən zədələnməsi, Qəbələdə  quru və  güclü küləklər nəticəsində alma ağaclarında aşağı hissənin vaxtından qabaq saralması və yarpaqların qırılıb tökülməsi qeydə alınıb.
Dekada ərzində uyğun günlərdə təsərrüfat sahələrində suvarma, alaq vurma, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.


Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 27ºC, Qarabağ bölgəsində, Mil – Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 27-29ºC, Lənkəran - Astara bölgəsində 27ºC, Tovuz - Qazaxda 19-27ºC, Qubada 24ºC, Dağlıq Şirvanda 25ºC, Şəki - Zaqatalada 25-27ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 12ºC, Qubada 17ºC, Dağlıq Şirvanda 16-18ºC, Naxçıvanda, Şəki-Zaqatalada və Lənkəranda 18-19ºC, Cəfərxanda 21ºC, Mərkəzi Aranda və Qarabağ bölgəsində 22ºC, Tovuz və Gəncədə 19-20ºC, Maştağada 23ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 17ºC, Şəki-Zaqatalada və Qazax-Tovuzda 18ºC, Gəncədə 19 ºC, Cəfərxanda və Göyçayda 20ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 26ºC, Şəki-Zaqatala və Dağlıq Şirvanda 27-28ºC, Qarabağ bölgəsində 30ºC, Mil-Muğanda, Mərkəzi Aranda və Gəncədə 31-34ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 14-33 mm, İsmayıllı 25 mm, Gədəbəydə 23 mm, Qubada 19 mm , Qarabağ bölgəsində 17-18 mm, Göyçayda 17 mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 58-63%, Gəncədə 62%, Qazax və Tovuzda 56-70 %, Lənkəran - Astara bölgəsində 70%, Mil - Muğanda 51-72 %, Quba 63%, Mərkəzi Aranda 56-60 %, Şəki - Zaqatalada 59-65%, Maştağada 66%, Dağlıq Şirvanda 52-55% təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə 7hPa, Lənkəranda 11hPa, Qubada 12hPa, Maştağada 13 hPa, Şəki-Zaqatalada 13-15 hPa, Dağlıq Şirvanda 16-17hPa, Bərdə-Tərtərdə, Gəncədə, Tovuz-Ceyrançöldə 15-18hPa, Mərkəzi Aranda 12-21 hPa, Mil-Muğanda 17-19hPa arasında dəyişib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  4 gün Goranboyda küləyin maksimum sürəti 30 m/san, 3 gün küləyin maksimum sürəti Gəncədə 28 m/san, 2 gün küləyin maksimum sürəti Maştağada 21 m/san, Qarabağ bölgəsində 20 m/san, Naxçıvanda və Göyçayda 18 m/san, 1 gün küləyin maksimum sürəti Zərdabda, Şəkidə və Tovuzda 20 m/san, Beyləqanda 18 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
İyul ayının üçüncü ongünlüyü ərzində pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Bərdə, Tərtər, Goranboyda ilk qozaların formalaşması mərhələsi davam edib, bir pambığ bitkisində formalaşmış qozaların sayı 42-46 ədəddir. Dekadanın sonunda bitkinin hündürlüyü  84-101 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı, əncir ağaclarında meyvələrdə məhsul yığımı davam edib, Şəki-Zaqatala  bölgəsində çay kollarında 4-cü dərəcəli məhsuldar budaqların çıxması, qarğıdalıda dənin süd yetişkənliyi, tütün bitkisində orta yarusdakı yarpaqların texniki yetişkənliyi fenoloji mərhələləri müşahidə edilib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Qubada pomidor bitkilərinin narıncı yetişkənliyi, Şəki. Acınohur və Sabirabadda məhsul yığımı, Gədəbəy və Qubada kartofda üst hissənin solması, Şəkidə kələmdə, Sabirabadda qarpız bitkisində məhsul yığımı qeydə alınıb.
Dekada ərzində pambıq bitkisində Tərtərdə suvarma, Cəfərxanda bitkinin budanması, Beyləqanda isə sahələrdə xəstəlik və ziyanvericilərlə mübarizə aparmaq üçün zəhərli kimyəvi maddələrlə dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb.