Respublikanın əksər bölgələrində may ayında hava şəraiti qeyri-sabit və yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC yüksək olması ilə səciyyələnib.
  Ayın birinci ongünlüyündə əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə sünbülləmə,çiçəkləmə mərhələləri davam edib, Bərdə, Biləsuvar, Cəfərxan, Sabirabadda dənin süd yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb .Dənli bitkilərdə 1 m2 sahədə gövdələrin ümumi sayı Zərdab, Tərtər,Bərdə, Göyçay, Zaqatala, Şəkidə 421-705 ədəd, sünbüllü gövdələrin sayı 580-680 ədəd təşkil edib. Dənli bitkilərin bir sünbülündə sünbülçüklərin cəm sayı Şəkidə 32, inkişaf etməmiş sünbülçüklərin orta sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd, Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 17, inkişaf etməmiş sünbülçüklərin orta sayı 9 ədəd, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı 22, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd qeydə alınıb. Dənin süd yetişkənliyi mərhələsində bitkilərin orta hündürlüyü 105-110 sm təşkil edib.Biləsuvarda pambıq bitkisində cücərmə, İmişli, Tərtər, Beyləqan,Sabirabad, Goranboyda göyərmə, Bərdədə 1-ci, Cəfərxanda 3-cü əsl yarpağın çıxması mərhələləri qeydə alınıb, Lənkəran və Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması, yarpaqların 1-ci yığımı, Şəki-Zaqatala bölgəsində tütün bitkisində 5-6-cı əsl yarpağın, qarğıdalıda 3-cü və 5-ci yarpağın çıxması mərhələləri müşahidə edilib.
  Ayın sonlarında Zaqatala, Qəbələ, Gəncə, Tovuz, Quba, Şamaxıda payızlıq dənli bitkilərdə dənin süd yetişkənliyi, Zərdab, İmişli, Cəfərxan, Goranboy, Tərtər, Şəki, Oğuz, Qəbələ və Balakəndə mum yetişkənliyi, Bərdə və Sabirabadda tam yetişkənlik fenoloji mərhələsi qeydə alınıb.Gəncədə pambıq bitkisində göyərmə, Biləsuvarda 1-ci, Tərtər və Goranboyda 3-cü, Bərdə, Sabirabad, Cəfərxanda 5-ci əsl yarpağın çıxması mərhələləri müşahidə edilib.Bitkilərin orta hündürlüyü 15-29 sm təşkil edib. Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas,heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib.Bəzi aran rayonlarında alça,ərik, gilas, tut bitkilərində meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Lənkəran,Şamaxı və Gəncədə üzüm, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə çiçəkləmə, Şəki-Zaqatala bölgəsində çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların çıxması, tütün bitkisində 6-7-ci əsl yarpağın, qarğıdalıda 5-7-ci yarpağın çıxması mərhələləri müşahidə edilib. Şəkidə pomidor bitkisində hamaşçiçəklərin çıxması, Sabirabad, Acınohur və Lənkəranda çiçəkləmə, Cəfərxanda qarpız bitkisində 3-cü yarpağın çıxması, Sabirabadda çiçəkləmə,Gədəbəydə kartofda yan budaqların çıxması mərhələləri qeydə alınıb. Tovuz və Gəncədə yoncada yaşıl kütlənin 1-çi , Cəfərxanda 2-ci biçini müşahidə edilib.
  Ay ərzində sahələrdə cərgələrarası torpağın yumşaldılması, suvarma,budama, alaq otları ilə mübarizə məqsədi ilə kimyəvi dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb.