Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC yüksək, bəzi yerlərdə normaya yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-4ºC aşağı olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 4,1ºC, Qarabağ bölgəsində 4ºC , Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 4-5ºC, Lənkəran-Astarada 2-6ºC, Şəki-Zaqatalada 2-3ºC,Gədəbəydə -2,7ºC, Ceyrançöl-Tovuzda 3ºC, Qubada -0.8ºC, Dağlıq Şirvan bölgəsində 0-1.8ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Qubada -9ºC, Gədəbəydə -7ºC, Şamaxıda -6ºC, İsmayıllıda -4ºC, Zərdab, Lənkəran, Ceyrançöl, Şəki və Qəbələdə -3ºC, Cəfərxan, Tovuz, və Zaqatalada -2ºC, Bərdə, Gəncə və Maştağada -1ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -8ºC, Şəki və Tovuzda -5ºC, Ceyrançöldə -4ºC, Zaqatalada -3ºC, Göyçay və Cəfərxanda -2ºC təşkil edib.
 Yağıntının dekadalıq miqdarı Dağlıq Şirvanda 31-54 mm, Şəki-Zaqatalada 28-37 mm, Lənkəranda 34 mm, Gədəbəydə 20 mm, Qubada 14mm, Göyçayda 12 mm qeydə alınıb. Bəzi ərazilərdə yağıntılar qar şəklində düşüb. Qubada 9 sm, Yardımlıda 7 sm, Gədəbəydə 6 sm, Qəbələdə 5sm, Şəkidə 3 sm hündürlüyündə qar örtüyü qeydə alınıb.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 90%, Gəncədə 72%, Qazax-Tovuz bölgəsində 70-81%, Lənkəran-Astara bölgəsində 81-89%, Mil-Muğanda 73-86%, Şəki-Zaqatalada 78-86%, Qubada 86%, Mərkəzi Aranda 85-86%, Bərdə-Tərtərdə 83-87%, Maştağada 85% təşkil edib.
 Rütubət çatışmazlığı Lənkəran-Astara, Bərdə-Tərtər, Qazax-Tovuz, Şəki-Zaqatalada 1-2 hPa, Maştağa, Mərkəzi Aran, Quba və Dağlıq Şirvanda 1 hPa, Naxçıvan və Gəncədə 2 hPa, Mil-Muğanda 1-3 hPa arasında dəyişib.
 Sürəti15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 3 gün olmaqla küləyin maksimum sürəti Maştağada 30m/san, 2 gün olmaqla Goranboyda 19 m/san, 1 gün olmaqla maksimum sürət Ceyrançöldə 18 m/san, Tərtərdə 16 m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Payızlıq dənli bitkilərdə Beyləqanda buğum köklərinin yaranması, Cəfərxan, Yardımlı, Tərtər, Goranboy və Göyçayda kollanma, Biləsuvarda buğum bağlama mərhələləri davam edib, Zərdab və İmişlidə kollanma, Göyçayda yulaf bitkisində cücərmə fenoloji mərhələsi qeydə alınıb. Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələri və Qubada dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.


 Respublikanın əksər bölgələrində fevral ayınıni kinci ongünlüyündə hava şəraiti nisbətən yağıntısız keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC yüksək, Şamaxı və Gədəbəydə normadan 1ºC aşağı, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3ºC aşağı olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 5ºC, Qarabağ bölgəsi və Mərkəzi Aranda 5ºC,Gəncə-Goranboyda 4-5ºC, Mil-Muğanda 4-6ºC, Lənkəran-Astarada 3-5ºC, Şəki-Zaqatalada 1-3ºC, Gədəbəydə -3ºC, Ceyrançöl-Tovuzda 1-2ºC, Qubada -0,3ºC, Dağlıq Şirvan bölgəsində (-0,6)-0,5ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -11ºC, İsmayıllı və Qubada -9ºC, Şamaxıda -7ºC, Şəki və Qəbələdə -6ºC, Zəngilan, Cəfərxan, Tovuz, Ceyrançöl və Zaqatalada -5ºC, Zərdab, Bərdə, Lənkəranda -4ºC, Göyçay, Qazax və Maştağada -3ºC, Gəncədə -2ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -13ºC, Tovuzda -9ºC,Şəki, Gəncə və Ceyrançöldə -7ºC, Zaqatala və Cəfərxanda -6ºC, Göyçayda -4ºC təşkil edib.
 Yağıntının dekadalıq miqdarı Şamaxıda 8 mm, Qubada 6 mm, Maştağada 4 mm qeydə alınıb.


 Nisbi rütubət Zəngilanda 54%, Bərdə-Tərtərdə 65-76%, Dağlıq Şirvan bölgəsində 63-82%, Gəncədə 48%, Qazax-Tovuz bölgəsində 68-73%, Lənkəran-Astara bölgəsində 56-69%, Mil-Muğanda 47-69%, Şəki-Zaqatalada 62-82%, Qubada 72%, Mərkəzi Aranda 57-60%, Maştağada 79% təşkil edib.
 Rütubət çatışmazlığı Mil-Muğanda 4-6 hPa, Gəncədə 5 hPa, Mərkəzi Aranda 4hPa, Lənkəran-Astara 3-4hPa, Şəki-Zaqatalada 1-4hPa, Bərdə - Tərtərdə 3hPa, Dağlıq Şirvanda 2-3hPa , Maştağa, Naxçıvan, Quba və Qazax-Tovuzda 2hPa arasında dəyişib.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 6 gün olmaqla Göyçayda, 3 gün Tərtərdə, 1 gün Balakəndə küləyin maksimum sürəti 24 m/san, 5 gün küləyin maksimum sürəti Goranboyda 26 m/san, 2 gün Bərdədə, 1 gün Zaqatalada küləyin maksimum sürəti 25 m/san, 4 gün olmaqla Dağlıq Şirvan bölgəsi, Qəbələdə, 1 gün Zərdab, 2 gün Gədəbəydə küləyin maksimum sürəti 20m/san, 1 gün Zəngilanda küləyin maksimum sürəti 16 m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Payızlıq dənli bitkilərdə Beyləqanda kollanma, Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, Şəkidə buğum köklərinin yaranması fenoloji mərhələləri qeydə alınıb, Cəfərxan, Yardımlı, Tərtər, Goranboy, Göyçay, Zərdab, İmişlidə kollanma mərhələsi davam edib. Tərtər, Bərdə və Goranboyda 1m2 sahədə gövdələrin ümumi sayı 449-483 ədəd, Tərtərdə birkilərdə kollanma dərəcəsi 3,6%, Bərdə və Goranboyda 3,1%, Biləsuvarda 1,8% təşkil edib.Yardımlıda fındıq, Acınohurda ərik bitkisində tumurcuqların şişməsi, Balakəndə hamaşçiçəklərin çıxması, Göyçay və Zərdabda alça bitkisində tumurcuqların şişməsi mərhələləri qeydə alınıb.

 Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-4ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2ºC aşağı olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 7ºC, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 7-8ºC, Gəncə-Goranboyda 8-9ºC, Şəki-Zaqatalada 5-7ºC, Gədəbəydə 2ºC, Ceyrançöl-Tovuzda 6-8ºC, Quba və Dağlıq Şirvan bölgəsində 4ºC, Naxçıvanda 5ºC qeydə alınıb.


   Havanın minimum temperaturu Gədəbəydə -10ºC, Qubada -9ºC, Naxçıvan və İsmayıllıda -7ºC, Şamaxıda -6ºC, Qəbələdə -5ºC, Zərdab və Zaqatalada -4ºC, Cəfərxanda -3ºC, Tovuz, Ceyrançöl, Şəki və Lənkəranda -2ºC, Zəngilan, Bərdə və Gəncədə -1ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -8ºC, Cəfərxan, Zaqatala Tovuz və Ceyrançöldə -3ºC, Gəncədə -1ºC təşkil edib.
  Yağıntının dekadalıq miqdarı Lənkaranda 44 mm, Qubada 24 mm, Şəki-Zaqatala bölgəsində 23-27 mm, Gəncə-Goranboy 13-15 mm, Şamaxı-İsmayıllıda 12-13 mm, Bərdə-Tərtərdə 6-12 mm, Zəngilanda 6 mm qeydə alınıb. Yardımlıda 3 sm qar yağıb.


   Nisbi rütubət Zəngilanda 59%, Bərdə-Tərtərdə 66-72%, Dağlıq Şirvan bölgəsində 73-83%, Gəncədə 58%, Qazax-Tovuz bölgəsində 58-72%, Lənkəran-Astara bölgəsində 58-80%, Mil-Muğanda 56-72%, Şəki-Zaqatalada 45-71%, Qubada 62%, Mərkəzi Aranda 62-71%, Maştağada 79% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Zaqatalada 4, Beyləqanda 3, Cəfərxanda 2 gün qeydə alınıb.
  Rütubət çatışmazlığı Mil-Muğanda 4-6hPa, Naxçıvan və Gəncədə 5hPa, Şəki-Zaqatala və Mərkəzi Aranda 3-5 hPa,Lənkəran-Astarada 2-6hPa, Dağlıq Şirvan, Quba və Bərdə-Tərtərdə 4 hPa, Maştağada 2hPa, Qazax-Tovuzda 3-4 hPa arasında dəyişib.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün olmaqla Goranboyda, 3 gün Tərtərdə küləyin maksimum sürəti 28 m/san, 4 gün Maştağada küləyin maksimum sürəti 25 m/san, 3 gün Şəkidə küləyin maksimum sürəti 22 m/san, 2 gün İsmayıllıda 26 m/san, Göyçayda 22 m/san, Oğuzda 19 m/san, 1 gün Şamaxıda 22 m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Payızlıq dənli bitkilərdə Oğuzda 3-cü yarpağın çıxması, Zaqatala, Gəncə və Tovuzda buğum köklərinin yaranması, Bərdədə kollanma fenoloji mərhələləri qeydə alınıb. Cəfərxan, Yardımlı, Tərtər, Goranboy, Göyçay, Zərdab, İmişlidə kollanma mərhələsi davam edib. Tərtər, Bərdə və Goranboyda 1m2 sahədə gövdələrin ümumi sayı 449-483 ədəd, Tərtərdə birkilərdə kollanma dərəcəsi 3,6%, Bərdə və Goranboyda 3,1%, Biləsuvarda 1,8% təşkil edib.Yardımlıda fındıq,alma, Göyçay və Zərdabda alça, Cəfərxan, Tərtər, Acınohurda ərik, Gəncə və Qazaxda albalı ağaclarında tumurcuqların şişməsi mərhələsi müşahidə edilib, Lənkəranda çay kollarının formalaşması qeydə alınıb.