Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu dekadanın ilk yarısında çoxillik iqlim normasından 1-2ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə 1-3ºC aşağı olması ilə səciyyələnib. Dekadanın sonlarında isə yağıntılar qar şəklində düşüb, havanın orta temperaturu çoxillik iqlim normasından 5-6ºC aşağı qeydə alınıb.
  Havanın dekadalıq orta temperaturu Maştağada 6,1ºC, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Lənkəran-Astara, Mil-Muğan və Mərkəzi Aranda 4-5ºC, Şəki-Zaqatalada 3-4ºC, Qazax- Tovuzda 0.5-4ºC, Qubada 2ºC , Dağlıq Şirvan bölgəsində 1-2ºC qeydə alınıb.


  Havanın minimum temperaturu Qubada -11ºC, Naxçıvan və İsmayıllıda -9ºC, Gədəbəy və Şamaxı -8ºC, Şəki və Ceyrançöldə -4ºC, Zərdab, Tərtər və Zaqatalada -3ºC, Göyçay, Lənkəran, Gəncə və Tovuzda -2ºC, Maştağada 0ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -10ºC, Gəncədə -8ºC, Tovuz və Ceyrançöldə -7ºC, Zaqatala və Cəfərxanda -5ºC, Şəkidə -3ºC, Göyçayda -2 ºC təşkil edib.
 Yağıntının dekadalıq miqdarı Lənkəran-Astara bölgəsində 25-39mm, Qəbələdə 28 mm, Dağlıq Şirvanda 14-21 mm, Qubada 20 mm, Oğuzda 15 mm, Maştağada 5 mm qeydə alınıb. Yardımlıda 23 sm, Quba və Qəbələdə 19 sm, Zaqatalada 10 sm, Lənkəranda 8 sm, Biləsuvarda 7 sm, Balakəndə 3 sm, Şəki və Gədəbəydə 2 sm hündürlüyündə qar örtüyü qeydə alınıb.


  Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 67-84%, Gəncədə 61%, Qazax-Tovuz bölgəsində 65-77%, Lənkəran-Astara bölgəsində 58-76%, Mil-Muğanda 63-82%, Şəki-Zaqatalada 61-71%, Qubada 68%, Mərkəzi Aranda 75-80%, Bərdə-Tərtərdə 74-83%, Maştağada 82% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Quba, Cəfərxan və Şamaxıda 3, Qəbələdə 2, Şəki, Zaqatala və Göyçayda 1 gün qeydə alınıb.
  Rütubət çatışmazlığı Gəncə və Şəki-Zaqatalada 3-4 hPa, Qazax-Tovuz, Quba və Bərdə-Tərtərdə 2-3 hPa, Mərkəzi Aran, Naxçıvan və Maştağada 2 hPa, Mil-Muğanda 2-4 hPa, Dağlıq Şirvanda 1-3hPa, Lənkəran-Astara və 3-9 hPa arasında dəyişib.
  Sürəti15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün olmaqla küləyin maksimum sürəti Goranboyda 22 m/san, 3 gün olmaqla maksimum sürət Şəkidə 18m/san, 2 gün olmaqla maksimum sürət Bərdədə 20m/san, Yardımlıda 18 m/san, 1 gün olmaqla maksimum sürət Göyçayda 21 m/san, Maştağa və Qəbələdə 20m/san, İsmayıllıda 18 m/san təşkil edib.

   Kənd təsərrüfatı bitkilərinin
  Dekadanın əvvəllərində Bərdə, Beyləqan və İmişlidə payızlıq taxıllarda buğum köklərinin yaranması, Goranboy, Cəfərxan, Sabirabad, Göyçay, Yardımlı və Biləsuvarda kollanma fenoloji mərhələləri qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 17-27 sm arasında dəyişib. Göyçayda 1m2 sahəyə düşən bitkilərdə bitkilərin ümümi sayı 726 ədəd təşkil edib.
  Son günlərdə Respublikanın əksər taxılçılıq rayonlarında və digər bölgələrimizdə yaranmış qar örtüyü, eləcə də şaxtalı hava şəraiti kənd təsərrüfatı bikiləri üçün olduqca əhəmiyyətlidir. Yağan qar tarla bitkilərini şaxtadan qoruyur, torpaqda məhsuldar rütubət ehtiyatının artmasına səbəb olur. Müşahidə edilmiş şaxtalı hava həm də bitkilər üzərindəki xəstəliklərə və tarlalardakı zərərvericilərə qarşı müabirəzədə çox təsirli, effektiv və təbii üsuldur. Ongünlüyün sonunda əksər bölgələrdə havanın temperaturunun normadan aşağı düşməsi taxıl bitkilərində inkişafın dayanmasına səbəb olub.

 Respublikanın əksər bölgələrində yanvar ayının ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC aşağı, bəzi yerlərdə normaya yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3ºC aşağı olması ilə səciyyələnib.
  Havanın dekadalıq orta temperaturu Maştağada 4,7ºC, Qarabağ bölgəsi 2ºC, Gəncə-Goranboyda 1-2ºC, Lənkəran-Astarada –(0,4)- 2ºC Mil-Muğan və Mərkəzi Aranda 2-3ºC, Şəki-Zaqatalada (-0,2)-1ºC, Qazax-Tovuzda (-2,5)-0,3ºC, Qubada -0,7ºC , Dağlıq Şirvan bölgəsində (-1)-(-2)ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Gədəbəydə -12ºC, Qubada -10ºC, Naxçıvan və Şamaxıda -8ºC, İsmayıllıda -7ºC, Qəbələ və Cəfərxanda -5ºC, Lənkəran, Şəki, Zaqatala Tovuz və Ceyrançöldə -4ºC, Zərdab, Bərdə və Gəncədə -3ºC, Göyçay və Maştağada -1ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -11ºC, Tovuz və Gəncədə -8ºC, Ceyrançöldə -7ºC, Cəfərxanda -5ºC, Zaqatala və Şəkidə -4ºC, Göyçayda -2 ºC təşkil edib.
 Yağıntının dekadalıq miqdarı Lənkəran və Biləsuvarda 20 mm, Cəfərxanda 18mm,Sabirabadda 16 mm, Şamaxı və Zərdabda 7mm, Maştağada 6 mm qeydə alınıb. Bəzi ərazilərdə yağıntılar qar şəklində düşüb. Yardımlıda 13 sm, Biləsuvarda 7 sm, Cəfərxanda 3 sm, Göyçayda 2 sm hündürlüyündə qar örtüyü qeydə alınıb.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 87-88%, Gəncədə 77%, Qazax-Tovuz bölgəsində 70-86%, Lənkəran-Astara bölgəsində 80-87%, Mil-Muğanda 73-90%, Şəki-Zaqatalada 78-88%, Qubada 79%, Mərkəzi Aranda 87-90%, Bərdə-Tərtərdə 83-85%, Maştağada 82% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Qəbələdə 1 gün qeydə alınıb.
 Rütubət çatışmazlığı Bərdə-Tərtər, Mil-Muğan, Qazax-Tovuz və Şəki-Zaqatalada 1-2 hPa, Lənkəran-Astara, Mərkəzi Aran, Quba və Dağlıq Şirvanda 1hPa, Gəncə, Naxçıvan və Maştağada 2 hPa arasında dəyişib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Respublikanın əksər taxılçılıq rayonlarında və digər bölgələrimizdə dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olmuşdur. Müşahidə edilmiş şaxtalı hava bitkilərdə yaranan xəstəliklərə və tarlalardakı zərərvericilərə qarşı müabirəzədə çox təsirli, effektiv və təbii üsuldur.

 Respublikanın əksər bölgələrində yanvar ayının üçüncü ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1ºC yüksək, bəzi yerlərdə normaya yaxın olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 5,1ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 3-4ºC, Gəncə-Goranboyda 2-4ºC, Lənkəran-Astarada 1-4ºC, Şəki-Zaqatalada 1-3ºC,Gədəbəydə -2,4ºC, Ceyrançöl-Tovuzda 2ºC, Qubada 0,2ºC, Dağlıq Şirvan bölgəsində 0-2ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -9ºC, Şamaxıda -6ºC, Tovuz, Ceyrançöl, Şəki, Zərdab, İsmayıllı və Qubada -5ºC, Zaqatala, Qəbələ, Bərdə və Gəncədə -4ºC, Göyçay, Lənkəran və Cəfərxanda -3ºC, Maştağada -2ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -12ºC, Gəncə,Ceyrançöl və Tovuzda -9ºC, Zaqatala və Şəkidə -6ºC, Cəfərxanda -3ºC təşkil edib.
 Yağıntının dekadalıq miqdarı Biləsuvarda 10 mm, Lənkəran,Beyləqan və İmişlidə 5mm qeydə alınıb.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 83-84%, Gəncədə 71%, Qazax-Tovuz bölgəsində 76-83%, Lənkəran-Astara bölgəsində 80-82%, Mil-Muğanda 68-84%, Şəki-Zaqatalada 68-78%, Qubada 80%, Mərkəzi Aranda 74-85%, Bərdə-Tərtərdə 79-81%, Maştağada 82% təşkil edib.
 Rütubət çatışmazlığı Maştağa, Naxçıvan, Bərdə-Tərtər və Gəncədə 2 hPa, Qazax-Tovuz, Quba və Dağlıq Şirvanda 1 hPa, Şəki-Zaqatalada və Mil-Muğanda 1-3 hPa, Lənkəran-Astara və Mərkəzi Aran 1-2 hPa arasında dəyişib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Payızlıq dənli bitkilərdə Beyləqanda buğum köklərinin yaranması, Yardımlı, Tərtər, Goranboy və Göyçayda kollanma mərhələləri davam edib, Biləsuvarda buğum bağlama fenoloji mərhələsi qeydə alınıb. Yardımlıda 1m2 sahədə bitkilərin orta sayı 196, gövdələrin ümumi sayı 360 ədəd, Tərtər, Goranboy və Sabirabadda gövdələrin ümumi sayı 402-477 ədəd təşkil edib. Yardımlıda bitkilərdə kollanma dərəcəsi 1,8%, Goranboyda 2,7%, Tərtərdə 3,4% olub. Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələri və Qubada dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olmuşdur.