Vəlvələçay başlanğıcını Babadağın şimal yamacından 2940m hündürlükdən alır. Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Çayın uzunluğu 98 km -dir. Çay üzərində hidroloji müşahidələr 1929-cu ildən aparılır. Dövlət investisiya layihəsi hesabına məntəqədə avtomat stansiya 2023-cü ildə quraşdırılmışdır.