Qaraçay başlanğıcını Baş Qafqaz silsiləsinin şimal – şərq yamacından 2900m hündürlükdən götürür. Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Çayın uzunluğu 93 km-dir. Çay üzərində hidroloji müşahidələr 1959-cu ildən aparılır. Dövlət investisiya layihəsi hesabına məntəqədə avtomat stansiya 2023-cü ildə quraşdırılmışdır.