Qudyalçay başlanğıcını Böyük Qafqaz silsiləsindəki Tufan dağının şimal yamacından 3000m hündürlükdən alır. Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Çayın uzunluğu 108 km-dir. Çay üzərində hidroloji müşahidələr 1960-cı ildən aparılır. Dövlət investisiya layihəsi hesabına məntəqədə avtomat stansiya 2023-cü ildə quraşdırılmışdır.