Türyançay başlanğıcını Bazardüzüdağın cənub qərb yamacından 3680m hündürlükdən alır. Oğuz, Qəbələ, Ağdaş və Ucar rayonları ərazisindən axır Kür çayına tökülür. Çayın uzunluğu 180 km-dir. Çay üzərində hidroloji müşahidələr 1966-cı ildən aparılır. Dövlət investisiya layihəsi hesabına məntəqədə avtomat stansiya 2023-cü ildə quraşdırılmışdır.