Əlicançay mənbəyini Böyük Qafqazın cənub yamacından 3500m hündürlükdən götürür. Oğuz, Şəki və Yevlax rayonları ərazisindən axıb Kür çayına tökülür. Çayın uzunluğu 98 km-dir. Çay üzərində hidroloji müşahidələr 1958-ci ildən 2014-cü ilə qədər Qayabaşı məntəqəsində aparılmışdı. Dövlət investisiya layihəsi hesabına məntəqədə avtomat stansiya 2023-cü ildə quraşdırılmışdır.