Respublikanın əksər bölgələrində sentyabr ayının birinci ongünlüyü əsasən yağıntılı hava şəraiti və havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3ºC yüksək olmuşdur.
Havanın dekadalıq orta temperaturu Maştağada 24,2ºC, Naxçıvanda 27,1ºC, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Goranboy və Qarabağ bölgələrində 24-25ºC, Şəki-Zaqatalada 23-24ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 20-22ºC, Lənkəran-Astarada 21-25ºC, Tovuz-Qazaxda 18-24ºC təşkil etmişdir.


Havanın minimum temperaturu Gədəbəydə 7ºC, Qazax və İsmayıllıda 11ºC, Quba, Naxçıvan və Acınohurda 12ºC, Zaqatala, Ceyrançöl,Şamaxı və Tovuzda 13ºC, Şəki və Gəncədə 14ºC, Bərdədə 15ºC, Cəfərxan və Lənkəranda 16ºC, Zərdab, Göyçay və Maştağada 17ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Gəncə, Tovuz və Ceyrançöldə 10ºC, Zaqatala və Naxçıvanda 11ºC, Şəkidə 12ºC, Cəfərxanda 16ºC qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 38-79 mm, Lənkəranda 92 mm, İsmayıllıda 38 mm, Yardımlıda 42 mm, Qubada 30 mm, Tovuz-Qazaxda 12-16 mm,Göyçayda 19 mm, Maştağada 9 mm qeydə alınmışdır.


Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 50-58%, Gəncədə 65%, Qazax-Tovuz bölgəsində 50-61%, Lənkəran-Astara bölgəsində 65-78%, Mil-Muğanda 61-79%, Şəki-Zaqatalada 55-60%, Qubada 60%, Mərkəzi Aranda 60-71%, Maştağada 73%, Qarabağda 60-64% təşkil etmişdir.
Rütubət çatışmazlığı Gəncədə 13 hPa, Lənkəran və Astarada 8-13hPa, Şəki-Zaqatalada 12-16 hPa, Bərdə-Tərtərdə 13-14 hPa, Dağlıq Şirvanda 12-13 hPa, Maştağada 10 hPa, Qubada 15 hPa, Mərkəzi Aranda 10-15 hPa, Mil-Muğanda 8-14 hPa, Qazax-Tovuzda 14-16 hPa olmuşdur.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı
Gəncədə 1 gün maksimum sürət 20 m/san,Tovuz və Biəsuvarda 1 gün maksimum sürət 18 m/san, Ceyrançöldə 17m/san, Tərtər və Goranboyda 2 gün maksimum sürət 18 m/san, müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Dekada ərzində Beyləqan, Sabirabad, Biləsuvarda pambıq bitkisində ilk qozaların açılması,Goranboy,Tərtər, Cəfərxan, İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə isə müşahidə sahəsində məhsulun 1-ci yığımı qeydə alınmışdır. Tərtər,Bərdə və Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 13-17 ədəd, açılmış və yetişmiş qozaların sayı 6-7 ədəd təşkil etmişdir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, üzüm, armud, əncir kimi ağaclarda meyvələrin yetişməsi və yığımı davam etmişdir. Zaqatalada çay kollarında 4-cü, Balakəndə qarğıdalı, Şəkidə isə kələm bitkisində məhsul yığımı qeydə alınmışdır. Gəncə, Tovuz, Şəki və Cəfərxanda yonca bitkisində 3-4-cü biçindən sonra otların boy atması davam etmişdir.

 Respublikanın əksər bölgələrində sentyabr ayının ikinci ongünlüyü az yağıntılı hava şəraiti və havanın orta temperaturunun çoxillik iqlim normasından 2-4ºC yüksək olması ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 23.7ºC, Naxçıvanda 24.5ºC, Mil-Muğan və Mərkəzi Aranda 24-25ºC, Gəncə-Goranboy 23-25ºC, Qarabağ bölgəsi 23-25ºC , Şəki-Zaqatalada 22-23ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 20-21ºC, Lənkəran-Astarada 21-25ºC, Tovuz-Qazaxda 17-23ºC təşkil etmişdir.


Havanın minimum temperaturu Gədəbəydə 9ºC, Naxçıvan, Quba, Acınohur və İsmayıllıda 12ºC, Şamaxıda 13ºC, Zaqatala və Ceyrançöldə 14ºC, Şəki və Tovuzda 15ºC, Cəfərxan, Bərdə, Lənkəran, Gəncə və Maştağada 16ºC, Zərdab və Göyçayda 17-18ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Naxçıvanda 10ºC, Zaqatalada 11ºC, Tovuz və Cəfərxanda 12ºC, Gəncədə 13ºC, Şəkidə 14ºC,Göyçayda 18ºC qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Oğuzda 9 mm, Qubada 7mm, Balakəndə 6 mm qeydə alınmışdır.


Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 59-65%, Gəncədə 65%, Qazax-Tovuz bölgəsində 54-68%, Lənkəran-Astara bölgəsində 69-82%, Mil-Muğanda 60-78%, Şəki-Zaqatalada 59-63%, Qubada 65%, Mərkəzi Aranda 63-69%, Maştağada 75%, Qarabağda 60-63% təşkil etmişdir.
Rütubət çatışmazlığı Gəncədə 11 hPa, Lənkəran və Astarada 6-10 hPa, Şəki-Zaqatala və Bərdə-Tərtərdə 12-13 hPa, Dağlıq Şirvanda 9-11 hPa, Maştağada 8 hPa, Qubada 10 hPa, Mərkəzi Aranda 10-12 hPa, Mil-Muğanda 8-14 hPa, Qazax-Tovuzda 7-13 hPa olmuşdur.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 2 gün Goranboyda maksimum sürət 26 m/san, Ceyrançöldə maksimum sürət 20 m/san, Maştağada 18 m/san, 1 gün Tərtərdə maksimum sürət 25 m/san, Şəki və Göyçayda 20 m/san, Gəncədə 18 m/san, Bərdədə 15 m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində Cəfərxan, Beyləqan, Sabirabad, İmişli, Goranboy, Tərtər, Gəncə və Biləsuvarda pambıq bitkisində ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə isə müşahidə sahəsində məhsulun 2-ci yığımı qeydə alınmışdır. Cəfərxan, Bərdə, Tərtər, və Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 13-17 ədəd, açılmış və yetişmiş qozaların sayı 8-10 ədəd təşkil etmişdir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, üzüm, armud kimi ağaclarda meyvələrin yetişməsi və yığımı davam etmişdir. Lənkəran-Astara bölgəsində feyxoa ,naringi kimi sitrus və subtropik bitkilərdə budaqların 3-cü boy atması müşahidə edilmişdir. Zaqatalada çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması fenoloji mərhələsi,Balakən və Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı qeydə alınmışdır. Gəncə, Tovuz, Şəki və Cəfərxanda yonca bitkisində 3-5- ci biçindən sonra otların boy atması davam etmişdir.

Respublikanın əksər bölgələrində sentyabr ayının üçüncü ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından3-4ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 22,1ºC, Naxçıvanda 21,8ºC, Mil-Muğan və Mərkəzi Aranda 22-23ºC, Gəncə-Goranboy 22-24ºC, Qarabağ bölgəsi 22ºC, Şəki-Zaqatalada 20-21ºC, Dağlıq Şirvan bölgəsində və Qubada18-19ºC, Lənkəran-Astarada 21-22ºC, Tovuz-Qazaxda 16-21ºC təşkil etmişdir.


Havanın minimum temperaturu Gədəbəydə 5ºC, Qazax, Naxçıvan və İsmayıllıda 8ºC, Quba, Tovuz və Şamaxıda 9ºC, Gəncəvə Ceyrançöldə 10ºC, Cəfərxan, Şəki və Zaqatalada 12ºC, Bərdə və Zərdabda 13ºC, Göyçay, Lənkəran və Maştağada 14ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Ceyrançöldə 5ºC, Tovuz və Naxçıvanda 6ºC, Gəncədə 7ºC, Şəki-Zaqatalada 10ºC, Cəfərxanda 11ºC qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 11 mm, Şamaxıda 8 mm, İsmayıllı və Qubada 5 mm qeydə alınmışdır.


Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 59%, Gəncədə 58%, Qazax-Tovuz bölgəsində 52-61%, Lənkəran-Astara bölgəsində 63-81%, Mil-Muğanda 70-79%, Şəki-Zaqatalada 53-59%, Qubada 69%, Mərkəzi Aranda 61-68%, Maştağada 78%, Qarabağda 58-61% təşkil etmişdir.
Rütubət çatışmazlığı Gəncədə 12 hPa, Lənkəran və Astarada 5-11hPa, Şəki-Zaqatala və Bərdə-Tərtərdə 12-13 hPa, Dağlıq Şirvanda 11hPa, Maştağada 6hPa, Qubada 7 hPa, Mərkəzi Aranda 10-12hPa, Mil-Muğanda 7-12hPa, Qazax-Tovuzda 9-12hPa olmuşdur.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün Gəncədə maksimum sürət 30m/san, 1 gün Goranboy və Maştağada maksimum sürət 28 m/san, Balakəndə 20 m/san, Naxçıvanda 16 m/san, Şəkidə 15 m/san, 2 gün Tərtərdə maksimum sürət 26m/san, Bərdədə 25 m/san, Tovuz və Ceyrançöldə 20 m/san müşahidə edilmişdir. Bir gün Bərdə, Tərtər, Gəncə və Ceyrançöldə toz-tufanlı gün qeydə alınmışdır.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində Goranboy, Tərtər, Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə 3-cü, İmişli, Cəfərxan və Gəncədə 1-ci yığım qeydə alınmış, bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 13-17 ədəd, açılmış və yetişmiş qozaların sayı 8-10 ədəd təşkil etmişdir. Müşahidə sahəsində pambıq bitkisində yığım qabağı defoliant maddələrlə yarpaqların tökülməsinin tezləşdirilməsi üçün dərmanlama, Tovuz, Gəncə, Sabirabad, İmişli, Quba, Tərtərdə isə payızlıq dənli bitkilər əkiləçək sahələrin səpin qabağı şumlanması kimi kənd təsərrüfatı işləri qeydə alınmışdır. Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, armud kimi ağaclarda meyvələrin yığımı davam etmiş, Balakən və Oğuzda qoz bitkisində, Göyçayda nar və heyva bitkilərində meyvələrin yetişməsi mərhələsi müşahidə edilmişdir. Zaqatalada çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması fenoloji mərhələsi, Balakən və Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı davam etmişdir.