Respublikanın əksər bölgələrində avqust ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından3-6ºC yüksək olması və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 27,2ºC, Naxçıvanda 29,3ºC, Mil-Muğan, Mərkəzi Aran,Gəncə-Goranboy və Qarabağ bölgələrində 27-28ºC, Lənkəran-Astarada 23-28ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 24ºC, Şəki-Zaqatalada 26-28ºC, Qazax-Tovuzda 19-22ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Tovuzda 9ºC, Qazaxda 12ºC, Gədəbəy14ºC, Acınohurda 15ºC, Qubavə Naxçıvanda 18ºC, Ceyrançöl, Zaqatala, Şəki, Lənkəran və Şamaxıda 19ºC, Gəncə, Cəfərxan və Bərdədə 20ºC, Zərdab və Göyçayda 22ºC, Maştağada 23ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Qubada 12ºC, Ceyrançöldə 14ºC, Şamaxıda 15ºC, Zaqatalada 17ºC, Naxçıvan, Şəki vəTovuzda 18ºC, Cəfərxan və Gəncədə 19ºC, Göyçayda 21ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Gəncədə 43 mm, Zaqatalada 40 mm, Gədəbəydə 39 mm, Goranboyda 23 mm, Balakəndə 18 mm, Oğuzda 11 mm, Tovuz-Qazaxda 8 mm, Şamaxıda 6 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 54%, Gəncədə 68%, Qazax-Tovuz bölgəsində 50-77%, Lənkəran-Astara bölgəsində 64-75%, Mil-Muğanda 52-68%, Şəki-Zaqatalada 53-57%, Qubada 63%, Mərkəzi Aranda 54-60%, Maştağada 70%, Qarabağda 57-60% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarada 9-15hPa, Şəki-Zaqatala və Bərdə-Tərtərdə 16-18hPa, Dağlıq Şirvanda 15hPa, Maştağada 11 hPa, Qubada 12 hPa, Mərkəzi Aranda 10-17hPa, Gəncədə13 hPa, Mil-Muğanda 13-20hPa, Qazax-Tovuzda 6-16hPa, Naxçıvanda 29hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün Goranboyda 21m/san, 1gün Gəncədə 18m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti.

Dekada ərzində pambıq bitkisində Beyləqan, İmişli, Cəfərxan, Sabirabad, Bərdə, Tərtər və Goranboyda çiçəkləmə fenoloji mərhələsi davam etmiş, hündürlüyü 6,0-7,6 sm olmuş, bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 5,6-9,2 ədəddir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, gavalı, üzüm, əncirkimi ağaclarda meyvələrin böyüməsi davam etmiş, məhsul yığımı müşahidə edilmişdir. Zaqatalada çay kollarında yarpaqların 3-cü yığımı, Balakəndə qarğıdalı bitkisində dənin mum yetişkənliyi mərhələsi qeydə alınmışdır. Acınohur və Şəkidə pomidorda, Qubada kartof bitkisində məhsul yığımı baş tutmuşdur. Gəncə, Tovuz və Cəfərxanda yonca bitkisində 3-4-cü biçindən sonra otların boy atması davam etmişdir. Həmçinin, kənd təsərrüfatında aqrotexniki-vegetasiya suvarılması işləri aparılmışdır.

 Respublikanın əksər bölgələrində avqust ayının ikinci ongünlüyü isti və quru keçmiş, havanın orta temperaturu çoxillik normadan 2-6ºC-yə qədər yüksək olmuşdur.
Havanın dekadalıq orta temperaturu Maştağada 29,4ºC, Naxçıvanda 30,2ºC, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Goranboy, Şəki-Zaqatala və Qarabağ bölgələrində 27-29ºC, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsində və Qubada 25-28ºC, Tovuz-Qazaxda 19-28ºC təşkil etmişdir.


Havanın minimum temperaturu Gədəbəydə 13ºC, İsmayıllıda 14ºC, Lənkəranda 16ºC, Naxçıvanda 17ºC, Quba, Zərdab, Cəfərxan və Gəncədə 19ºC, Ceyrançöl və Şamaxıda 20ºC, Zaqatala, Şəki, Acınohur və Göyçayda 21ºC, Maştağada 22ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 16ºC, Cəfərxan, Zaqatala, Tovuz və Gəncədə 17ºC, Şəki və Ceyrançöldə 18ºC, Göyçayda 19ºC qeydə alınmışdır.


Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 27-50%, Gəncədə 51%, Qazax-Tovuz bölgəsində 49-67%, Lənkəran-Astara bölgəsində 47-72%, Mil-Muğanda 51-71%, Şəki-Zaqatalada 30-41%, Qubada 47%, Mərkəzi Aranda 36-58%, Maştağada 63%, Qarabağda 52-53% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarada 11-19hPa, Şəki-Zaqatala və Bərdə-Tərtərdə 20-29 hPa, Dağlıq Şirvanda 19-26 hPa, Maştağada 18hPa, Qubada 22 hPa, Mərkəzi Aranda 19-28 hPa, Gəncədə21 hPa, Mil-Muğanda 14-20hPa, Qazax-Tovuzda 9-21hPa olmuşdur.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Gəncədə 5 gün, maksimum sürət isə 24 m/san, Qubada, Goranboyda, Tovuzda 4 gün, maksimum sürət 18 m/san, Şəkidə isə 1 gün, maksimum sürət 15m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Dekada ərzində Biləsuvar, Sabirabad, Goranboyda pambıq bitkisində çiçəkləmə, Bərdədə isə ilk qozaların açılması fenoloji mərhələsi davam etmiş, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 71,5, formalaşmış qozaların orta sayı 10,6-11,3, açılmış qozaların sayı isə 1,9 ədəddir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, gavalı, üzüm, əncirkimi ağaclarda meyvələrin böyüməsi davam etmiş, məhsul yığımı müşahidə edilmişdir. Zaqatalada çay kollarında 4-cü dərəcəli məhsuldar budaqların çıxması,Balakəndə qarğıdalı bitkisində məhsul yığımı mərhələsiqeydə alınmışdır. Gəncə, Tovuz, Şəki və Cəfərxanda yonca bitkisində 3-4-cü biçindən sonra otların boy atması davam etmiş, hündürlüyü 35 sm olmuş,ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 160 ədəddir.

 Havanın quraq və isti keçməsi sahələrdə və bağlarda vegetasiya suvarması, xəstəlik və ziyanvericilərə qarşı mübarizə məqsədli dərmanlama işləri aparılması üçün uyğun olmuşdur.

 Respublikanın əksər bölgələrində avqust ayının üçünçü ongünlüyü isti və quru keçmiş, havanın orta temperaturu çoxillik normadan 1-3ºC-yə qədər yüksək olmuşdur.
Havanın dekadalıq orta temperaturu Maştağada 26,6ºC, Naxçıvanda 28,1ºC, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Goranboy, Şəki-Zaqatala və Qarabağ bölgələrində 25-27ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 22-24ºC, Lənkəran-Astarada 23-28ºC, Tovuz-Qazaxda 19-26ºC təşkil etmişdir.


Havanın minimum temperaturu Gədəbəy, İsmayıllıda 10ºC, Quba,Cəfərxan, Naxçıvan və Lənkəranda 15ºC, Zərdab və Gəncədə 16ºC, Zaqatala, Şəki və Şamaxıda 18ºC, Maştağada 19ºC, Acınohurda 20ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Tovuzda 13ºC, Cəfərxan və Naxçıvanda 14ºC, Zaqatala, Şəki, Gəncə və Ceyrançöldə 15ºC,Göyçayda 16ºC qeydə alınmışdır.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 35-56%, Gəncədə 56%, Qazax-Tovuz bölgəsində 48-58%, Lənkəran-Astara bölgəsində 46-65%, Mil-Muğanda 51-68%, Şəki-Zaqatalada 31-37%, Qubada 47%, Mərkəzi Aranda 34-58%, Maştağada 65%, Qarabağda 47-55% təşkil etmişdir.
 Rütubət çatışmazlığı Gəncə, Lənkəran və Astarada 13-16hPa, Şəki-Zaqatalada 22-24 hPa, Bərdə-Tərtərdə 17-18 hPa, Dağlıq Şirvanda 14-23 hPa, Maştağada 15 hPa, Qubada 17 hPa, Mərkəzi Aranda 17-25 hPa, Mil-Muğanda 13-19 hPa, Qazax-Tovuzda 10-19 hPa olmuşdur.
 
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı
Goranboyda 3 gün, maksimum sürət 21 m/san, Gəncədə 1gün, maksimum sürət isə 20 m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Dekada ərzində Gəncə, Sabirabad, İmişli, Cəfərxan,Tərtər, Goranboyda pambıq bitkisində ilk qozaların açılması fenoloji mərhələsi davam etmiş, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 748, formalaşmış qozaların orta sayı 126-171, açılmış qozaların sayı isə 19-22 ədəddir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, üzüm, əncir kimi ağaclarda meyvələrin böyüməsi davam etmiş, məhsul yığımı müşahidə edilmişdir. Zaqatalada çay kollarında 4-cü, Balakəndə qarğıdalı, Şəkidə isə kələm bitkisində məhsul yığımı mərhələsi qeydə alınmışdır. Gəncə, Tovuz, Şəki və Cəfərxanda yonca bitkisində 3-4-cü biçindən sonra otların boy atması davam etmişdir. Dekada ərzində havanın yağıntısız və isti keçməsi meyvə ağaclarında və çay kollarında günəş yanıqlarının əmələ gəlməsinə səbəb olmuşdur.