Avqust ayı Respublikanın əksər bölgələrində havanın orta temperaturunun çoxillik iqlim normasından 2-60C yüksək, ay ərzində havanın yağıntısız olması ilə səciyyələnmişdir.
  Ay ərzində Gəncə,Sabirabad,İmişli,Cəfərxan,Tərtər,Goranboyda pambıq bitkisində ilk qozaların açılması fenoloji mərhələsi davam etmiş, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 748, formalaşmış qozaların orta sayı 126-171, açılmış qozaların sayı isə 19-22 ədəddir. Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, üzüm, əncir kimi ağaclarda meyvələrin böyüməsi davam etmiş, məhsul yığımı müşahidə edilmişdir. Zaqatalada çay kollarında 4-cü, Balakəndə qarğıdalı, Şəkidə isə kələm bitkisində məhsul yığımı mərhələsi qeydə alınmışdır. Gəncə, Tovuz, Şəki və Cəfərxanda yonca bitkisində 3-4-cü biçindən sonra otların boy atması davam etmiş, hündürlüyü 35 sm olmuş,ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 160 ədəddir. Ay ərzində havanın yağıntısız və isti keçməsi meyvə ağaclarında və çay kollarında günəş yanıqlarının əmələ gəlməsinə səbəb olmuşdur. Həmçinin, kənd təsərrufatında aqrotexniki-vegetasiya suvarması işləri aparılmışdır.