Respublikanın əksər bölgələrində iyul ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1 ºC yüksək olması və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 24.9ºC, Naxçıvanda 25,5ºC, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 25-26ºC, Lənkəran-Astarada 22-25 ºC, Gəncə-Goranboyda 23-27ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 21-22ºC, Şəki-Zaqatalada 24-25ºC, Qazax-Tovuzda 17-26ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Mərəzə və Gədəbəydə 11ºC, İsmayıllı, Şamaxı və Naxçıvanda 12-13ºC, Şəki, Zaqatala və Qubada 14-15ºC, Gəncə, Lənkəran və Acınohurda 16ºC, Maştağa, Cəfərxan, Zərdab və Astarada 18ºC, Bərdə, Göyçay və Ceyrançöldə 19ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvan və Mərəzədə 10-11ºC, Şəki və Zaqatalada 14ºC, Tovuzda 15ºC, Gəncədə 16ºC,Cəfərxan və Ceyrançöldə 17ºC, Göyçayda 18ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Zaqatalada 84 mm, Balakəndə 83 mm, Şəkidə 22mm , Astarada 14mm, İsmayıllıda 12 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 43-57%, Gəncədə 53%, Qazax-Tovuz bölgəsində 54-71%, Lənkəran-Astara bölgəsində 52-61%, Mil-Muğanda 45-59%, Şəki-Zaqatalada 34-61%, Qubada 51%, Mərkəzi Aranda 42-52 %, Bərdə və Tərtərdə 53-59%, Maştağada 66% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarada 13 hPa, Şəki-Zaqatalada 14-17 hPa, Dağlıq Şirvan və Qarabağ bölgəsində 15-17 hPa, Qubada 14hPa, Gəncədə 17 hPa, Maştağada 12hPa, Mərkəzi Aranda 18-22 hPa, Mil-Muğanda 15-21 hPa, Qazax-Tovuzda 6-16 hPa olmuşdur.


  Respublikanın əksər bölgələrində iyul ayının ikinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 3-5 ºC yüksək olması və yağıntısız hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 28.0ºC, Naxçıvanda 30.6ºC, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 29-30ºC, Lənkəran-Astarada 26-28ºC, Gəncə-Goranboyda 30-31ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 26-29ºC, Şəki-Zaqatalada 29-35ºC, Qazax-Tovuzda 22-29ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəy və İsmayıllıda 14-15ºC, Quba, Mərəzə və Naxçıvanda 16-17ºC, Ceyrançöl və Lənkəranda 18-19ºC, Tovuz, Cəfərxan və Zərdabda 20ºC, Şəki, Gəncə, Astara, Göyçay və Bərdədə 21ºC, Maştağa və Zaqatalada 22ºC, Acınohurda 24ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Mərəzədə 13ºC, Naxçıvanda 16ºC, Zaqatala, Şəki və Cəfərxanda 17-18ºC, Gəncə, Tovuz və Göyçayda 20ºC, Ceyrançöldə 23ºC qeydə alınmışdır.


Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 28-46%, Gəncədə 42%, Qazax-Tovuz bölgəsində 49-58%, Lənkəran-Astara bölgəsində 48-67%, Mil-Muğanda 48-65%, Şəki-Zaqatalada 33-49%, Qubada 48%, Mərkəzi Aranda 40-56%, Maştağada 63%, Qarabağda 44-56% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarada 14-19 hPa, Şəki-Zaqatalada 17-29 hPa, Dağlıq Şirvanda 21-30 hPa, Maştağada 15 hPa, Qubada 19 hPa, Mərkəzi Aranda 21-29 hPa, Gəncədə 26 hPa, Bərdə-Tərtərdə 24-25 hPa, Mil-Muğanda 19-25 hPa, Qazax-Tovuzda 12-23 hPa, Naxçıvanda 32 hPa olmuşdur.




 Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3 ºC yüksək olması və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 25.80ºC, Naxçıvanda 29.4ºC, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 27-28ºC, Lənkəran-Astarada 22-27ºC, Gəncə-Goranboyda 26-28ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 21-22ºC, Şəki-Zaqatalada 25-31ºC, Qazax-Tovuzda 19-28ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəy 11ºC, Qazaxda 13ºC, Lənkəranda 15ºC, Quba, Zaqatala, Şəki və Şamaxıda 16ºC, Ceyrançöl, Tovuz, Gəncədə 18 ºC, Maştağa və Naxçıvanda 19 ºC, Zərdab, Cəfərxan və Bərdədə 20ºC, Acınohurda 23ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Zaqatalada 14ºC, Cəfərxanda 15 ºC, Şəki və Tovuzda 16 ºC, Naxçıvan və Ceyrançöldə 17ºC, Gəncədə 19ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Lənkəranda 28 mm, Şamaxıda 19 mm, İmişlidə 17 mm, Qubada 15 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 68%, Gəncədə 56%, Qazax-Tovuz bölgəsində 55-70%, Lənkəran-Astara bölgəsində 70-75%, Mil-Muğanda 57-68%, Şəki-Zaqatalada 59-63%, Qubada 69%, Mərkəzi Aranda 61%, Maştağada 68%, Qarabağda 54-57% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarada 9-16 hPa, Şəki-Zaqatalada 13-15 hPa, Dağlıq Şirvanda 18 hPa, Maştağada 11 hPa, Qubada 9 hPa, Mərkəzi Aranda 16 hPa, Gəncədə 19 hPa, Bərdə-Tərtərdə 16-19 hPa, Mil-Muğanda 13-18 hPa, Qazax-Tovuzda 7-16 hPa, Naxçıvanda 17 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 2 gün Gəncədə 23 m/san, 5 gün Goranboyda 22 m/san, 3 gün Tovuzda, 2 gün Maştağada küləyin maksimum sürəti 20 m/san, 1 gün Şamaxıda 16 m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti.
 
  Dekada ərzində pambıq bitkisində Gəncə, Beyləqan, Cəfərxan, Sabirabad, Bərdə, Tərtər və Goranboyda çiçəkləmə fenoloji mərhələləri müşahidə edilmişdir.
Əksər aran və dağətəyi rayonlarda heyva, xurma, nar, fındıq, qoz kimi ağaclarda meyvələrin böyüməsi davam etmiş, Zaqatalada çay kollarında yarpaqların 3-cü yığımı, Balakəndə qarğıdalı bitkisində süd yetişkənliyi, Zaqatalada çiçəkləmə mərhələsinin başlanması qeydə alınmışdır. Cəfərxan və Sabirabadda qarpız bitkisində məhsulun yetişməsi və yığımı, Quba, Acınohur, Şəkidə və Sabirabadda pomidor bitkisində tam yetişkənlik mərhələsi müşahidə edilmiş, Gəncə və Tovuzda yonca bitkisində 2-ci , Cəfərxanda isə 3-cü biçindən sonra otların boy atması davam etmiş, Ceyrançöl və Acınohurda sahələrdə yovşan, qırtıc və ceyranotu kimi otlaq bitkilərində budaqlaşma, boy atma və quruma müşahidə edilmişdir.