Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1ºC yüksək və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 14,5ºC, Mərkəzi Aran, Mil-Muğan və Qarabağ bölgələrində 16-17⁰C, Lənkəran-Astara bölgəsində 12-17ºC, Qubada 12ºC, Şəki-Zaqatalada 15-16⁰C, Dağlıq Şirvan bölgəsində 12-13ºC, Gəncə-Daşkəsəndə və Naxçıvanda 16ºC, Qazax-Tovuzda 9-15⁰C təşkil etmişdir.
Havanın minimum temperaturu Qazax və Gədəbəydə 3ºC, Qubada 6ºC, Dağlıq Şirvanda 7-8ºC, Ceyrançöl və Naxçıvanda 8ºC, Tovuz, Şəki, Zaqatalada 9ºC, Maştağa, Gəncə, Lənkəran və Göyçayda 10ºC, Cəfərxan, Zərdab və Bərdədə 11ºC, Astarada 13ºC qeydə alınmışdır
Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Gədəbəydə 3ºC, Mərəzədə 4ºC, Tovuz və Naxçıvanda 6ºC, Gəncədə 7⁰C, Zaqatalada 8ºC, Maştağa, Cəfərxan və Göyçayda 9⁰C, Şəkidə 10ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 89-166 mm, Dağlıq Şirvan bölgəsində 50-88 mm, Naxçıvanda 33 mm, Qazax-Tovuzda 12-42 mm, Lənkəran-Astara bölgəsində 22-24 mm, Mərkəzi Aranda 20-28 mm, Qubada 27 mm, Qarabağda 19-22 mm, İmişlidə 26 mm, Maştağada 7 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan və bölgəsində 72-84%, Gəncə-Daşkəsəndə 69%, Qazax-Tovuz bölgəsində 54-86%, Naxçıvanda 68%, Maştağada 76%, Lənkəran-Astara bölgəsində 75-87%, Mil-Muğanda 63-75%, Şəki-Zaqatalada 77-83%, Qubada 74%, Mərkəzi Aran və Qarabağda 70% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 2-6 hPa, Şəki-Zaqatalada 3-4hPa, Dağlıq Şirvanda 3-5 hPa, Gəncə, Mərkəzi Aran, Naxçıvan və Qarabağ bölgəsində 6-7 hPa, Mil-Muğanda 6-8 hPa, 6-7 hPa, Maştağa və Qubada 4 hPa, Qazax-Tovuzda 2-8 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün küləyin maksimum sürəti Maştağada 33 m/san, 9 gün Goranboyda 26 m/san, 2 gün Gəncədə 20 m/san, Tərtərdə 18 m/san, Sabirabadda 17 m/san, 1 gün Tovuzda 24 m/san,Biləsuvarda 18 m/san, Bərdədə 16 m/san müşahidə olunmuşdur.
 
Havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın olması və yağıntılı hava şəraiti payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuşdur. Dekada ərzində Naxçıvan, Zaqatala, Oğuz, Quba, İsmayıllı, Tovuz və Mərəzədə bitkilərdə sünbülləmə, Goranboy, Tərtər, Şəki, Göyçay, Beyləqan, Biləsuvar və Cəfərxanda buğdada çiçəkləmə , Sabirabad, Cəfərxan və Şəkidə arpa bitkisində süd yetişkənliyi mərhələsi qeydə alınmış, bitkilərin boyu 88-112 sm olmuşdur. Sünbülləmə mərhələsində ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 960-1000 ədəd, 1 m2 sahədə gövdələrin ümumi sayı 561-1110, sünbüllü gövdələrin ümumi sayı 570-950 ədəd təşkil etmiş, Sabirabadda bir sünbüldə sünbülçüklərin cəm sayı 55 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2 ədəd olmuşdur.
  Beyləqan və Gəncədə pambıq bitkisində cücərmə, İmişli, Bərdə, Goranboy və Tərtərdə göyərmə, Cəfərxan və Sabirabadda 1-ci yarpağın çıxması fenoloji mərhələsi müşahidə edilmişdir.
  Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəkləmə ,çiçəkləmənin sonu, meyvələrin böyüməsi, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması mərhələsi qeydə alınmışdır.


  Dekadanın yağıntılı keçməsi əkilmiş bostan və tərəvəz bitkilərinin suya olan tələbatını nisbətən ödəmiş, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olmuş, dekadanın sonunda Şəki və Zaqatalada qarğıdalı bitkisində cücərmə, Balakəndə 3-cü yarpağın çıxması mərhələsi qeydə alınmışdır. Cəfərxan və Sabirabadda qarpız, balqabaq və pamidor bitkilərində 3-cü yarpağın çıxması, Şəkidə pamidorda, Qubada kartofda yan budaqların çıxması müşahidə edilmişdir. Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması mərhələləri davam etmiş, Zaqatala və Cəfərxanda 1-ci biçindən sonra yoncanın boy atması, Şəkidə çiçəkləmə mərhələsi müşahidə edilmişdir.

Respublikanın əksər bölgələrində may ayının ikinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1-2ºC normadan aşağı olması və nisbətən yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 17,4ºC, Mil-Muğan, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində 17-19⁰C, Lənkəran-Astara bölgəsində 15-19ºC, Qubada 15ºC, Şəki-Zaqatalada 16-18⁰C, Dağlıq Şirvan bölgəsində 13-14ºC, Naxçıvanda 17ºC, Qazax-Tovuzda 11-18⁰C, Mərkəzi Aranda 19 ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Qazax, Gədəbəy və Mərəzədə 4ºC, Quba və Şamaxıda 6ºC, Naxçıvanda 7ºC, Zərdab, Ceyrançöl və Acınohurda 8-9ºC, Tovuz, Şəki və Zaqatalada 10ºC, Maştağa, Gəncə, Astarada 11ºC, Bərdə, Lənkəran və Göyçayda 12ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Mərəzədə 2ºC, Ceyrançöldə 5ºC, Şəki və Naxçıvanda 7ºC, Maştağa və Tovuzda 8ºC, Zaqatalada 9⁰C, Göyçayda 12ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 16-72 mm, Qazax-Tovuzda 12-38 mm, Quba və Tərtərdə 24 mm, Lənkəran-Astarada 14-16 mm, Dağlıq Şirvan bölgəsində 8-14 mm, Naxçıvanda 19 mm, Göyçay və Bərdədə 10 mm, Maştağada 8 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 69-73%, Gəncə-Daşkəsəndə 56%, Qazax-Tovuz bölgəsində 54-78%, Maştağada 67%, Lənkəran-Astara bölgəsində 64-82%, Mil-Muğanda 59-68%, Şəki-Zaqatalada 62-71%, Qubada 65%, Mərkəzi Aranda 64-65%, Qarabağda 63-67% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 4-8 hPa, Şəki-Zaqatalada 6-9 hPa, Dağlıq Şirvan 5-6 hPa, Mərkəzi Aran və Qarabağ bölgəsində 8-9 hPa, Mil-Muğanda 8-10 hPa, Maştağa və Qubada 7-8 hPa, Qazax-Tovuzda 3-10 hPa, Gəncədə 11 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 6 gün küləyin maksimum sürəti Goranboyda 30m/san, 2 gün Tərtərdə 23 m/san, Bərdə, Naxçıvan və Ceyrançöldə 20 m/san, Gəncədə 25 m/san, 1 gün Tovuz və Qazaxda 20 m/san, Maştağada 18 m/san, Sabirabadda 17 m/san müşahidə olunmuşdur.
  Havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın olması və nisbətən yağıntılı hava şəraiti payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuşdur. Dekada ərzində Bərdə,Yardımlı, Tovuzda bitkilərdə sünbülləmə, Naxçıvan, Oğuz, Quba, İmişli, İsmayıllıda çiçəkləmə, Goranboy, Biləsuvar, Gəncə, Zaqatala, Mərəzə, Göyçay, Zərdab, Beyləqan və Cəfərxanda süd yetişkənliyi, Sabirabad, Göytəpə və Şəkidə mum yetişkənliyi mərhələsi qeydə alınmış, bitkilərin boyu 90-115 sm olmuşdur. Sünbülləmə mərhələsində ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 960-1000 ədəd, 1m2 sahədə gövdələrin ümumi sayı 561-1110, sünbüllü gövdələrin ümumi sayı 570-950 ədəd təşkil etmiş, Sabirabadda bir sünbüldə sünbülçüklərin cəm sayı 55 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2 ədəd, Şəkidə bir sünbüldə sünbülçüklərin cəm sayı 25 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 3 ədəd olmuşdur.


Beyləqan, Biləsuvar və Gəncədə pambıq bitkisində göyərmə, Goranboy, İmişli, Bərdə, və Tərtərdə 1-ci əsl yarpağın, Cəfərxan və Sabirabadda 3-cü yarpağın çıxması fenoloji müşahidə edilmişdir.


Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında meyvələrin böyüməsi, nar, tut, qoz ağaclarında çiçəkləmə mərhələsi qeydə alınmış, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların 1-ci yığımı müşahidə edilmişdir.

  Dekadanın yağıntılı keçməsi əkilmiş bostan və tərəvəz bitkilərinin suya olan tələbatını nisbətən ödəmiş, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olmuş, dekadanın sonunda Şəkidə qarğıdalı bitkisində 5-ci yarpağın, Balakəndə 7-ci yarpağın çıxması mərhələsi qeydə alınmışdır. Cəfərxanda qarpız və pamidor bitkilərində 3-cü yarpağın çıxması, Sabirabad və Acınohurda pamidorda hamaşçiçəklərin çıxması, Qubada kartofda yan budaqların çıxması mərhələsi müşahidə edilmiş, Göytəpədə kartof bitkisinin yığımı baş tutmuşdur. Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması mərhələləri davam etmiş, Zaqatala , Şəki və Cəfərxanda 1-ci biçindən sonra otların boy atması müşahidə edilmişdir. Cəfərxanda yonca bitkisinin zərərvericilər tərəfindən zədələnməsi qeydə alınmışdır.

 Respublikanın əksər bölgələrində may ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1-2ºC yüksək olması və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağa və Naxçıvanda 19ºC, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində 19-20⁰C, Lənkəran-Astara bölgəsində 16-21ºC, Qubada 17ºC, Şəki-Zaqatalada 17-19⁰C, Dağlıq Şirvan bölgəsində 15-16ºC, Qazax-Tovuzda 12-19⁰C təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəydə 3ºC, Qazax, Tovuz, Naxçıvan və Dağlıq Şirvanda 5-6ºC, Qubada 7ºC, Ceyrançöl, Şəki və Zaqatalada 9ºC, Cəfərxan, Zərdab və Bərdədə 11ºC, Maştağa, Lənkəran, Astara, Acınohur və Göyçayda 12º qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Tovuz v ə Mərəzədə 3ºC, Naxçıvanda 5ºC, Ceyrançöldə 7ºC, Gəncə, Şəki və Zaqatalada 8-9⁰C, Cəfərxanda 10ºC, Maştağa və Göyçayda 10ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 35-107 mm, Mərkəzi Aranda 26-51mm, Dağlıq Şirvan bölgəsində 37-76 mm, Bərdə və Tərtərdə 35-38 mm, Qubada 42 mm, Qazax-Tovuzda 19-45 mm, Lənkəran-Astarada 16-17 mm, Gəncə -Daşkəsən 20-27 mm, Maştağada 20 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 66-73%, Gəncədə 61%, Qazax-Tovuz bölgəsində 52-73%, Lənkəran-Astara bölgəsində 79-84%, Mil-Muğanda 53-68%, Şəki-Zaqatalada 61-68%, Qubada 62%, Maştağa və Mərkəzi Aranda 65-66%, Qarabağda 65-68% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran və Astarda 4 hPa, Şəki-Zaqatalada 7-10 hPa, Dağlıq Şirvan 6-8 hPa, Mərkəzi Aran, Quba, Gəncə, Maştağa və Qarabağ bölgəsində 9-10 hPa, Mil-Muğanda 9-12 hPa, Qazax-Tovuzda 5-12 hPa, Naxçıvanda 14 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 2 gün küləyin maksimum sürəti Goranboy və Gəncədə 28 m/san, Maştağa, Tərtərdə 22 m/san, Ceyrançöldə 18 m/san, 1 gün Tovuz və Zaqatalada 20 m/san, Cəfərxan, Bərdə və Göyçayda 18 m/san,Gədəbəy və Biləsuvarda 16 m/san, 4 gün Naxçıvanda 20 m/san qeydə alınmış, 1 gün Gəncə və Ceyrançöldə toz tufanı müşahidə edilmişdir.
Dekada ərzində Zərdab, Yardımlı, Tərtər,Gəncə, Tovuz, Zaqatala, İmişli və İsmayıllıda payızlıq dənli bitkilərdə süd yetişkənliyi, Goranboy, Göyçay, Beyləqan, Cəfərxan və Naxçıvanda mum yetişkənliyi, Sabirabad və Şəkidə arpa, Göytəpədə buğda bitkilərində tam yetişkənlik, mərhələsi qeydə alınmışdır. Mum yetişkənliyi mərhələsində Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı 34 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2 , Şamaxıda bir sünbüldə sünbülçüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 3, 1m2 sahədə gövdələrin ümumi sayı 591-617, sünbüllü gövdələrin ümumi sayı 562-605 ədəd təşkil etmişdir.


Yağıntılı hava şəraiti pambıq bitkisinin inkişafı üçün əlverişli olmuş, Beyləqan və Gəncədə bitkilərdə 1-ci, Sabirabad, Tərtər, Bərdə, Goranboyda 3-cü, Cəfərxanda 5-ci yarpağın çıxması fenoloji mərhələsi müşahidə edilmişdir. Goranboyda ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 1488, Cəfərxanda 1200 ədəd qeydə alınmışdır.
 Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında meyvələrin böyüməsi, nar, xurma, fındıq, qoz ağaclarında çiçəkləmə mərhələsi, Zaqatalada çay kollarında yarpaqların 1-ci yığımı davam etmiş, Biləsuvar, Zaqtala, Oğuz, Göyçay, imişlidə tut, Göyçayda alça bitkisində meyvələrin yetişməsi mərhələsi müşahidə edilmişdir. Dekadanın yağıntılı keçməsi əkilmiş bostan və tərəvəz bitkilərinin suya olan tələbatını nisbətən ödəmiş, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olmuş, dekadanın sonunda Zaqatalada qarğıdalı bitkisində 3-cü, Şəkidə 7-ci əsl yarpağın çıxması, Cəfərxan və Sabirabadda qarpızda qönçələnmə mərhələsi qeydə alınmışdır. Qubada intensiv yağıntılar nəticəsində alça bitkisində meyvələrin saralıb tökülməsi, Şəkidə qarğıdalı bitkisində sünbüldə dənin olmaması müşahidə edilmişdir. Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması mərhələləri davam etmiş, Zaqatala , Şəki və Cəfərxanda 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması və otların boy atması mərhələsi müşahidə edilmişdir.