Aprel ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Yağıntının dekadalıq miqdarı Astara, Qazax, Gədəbəydə 12 mm, Göyçay,İsmayıllı və Lənkəranda 9 mm, Şəki –Zaqatala bölgəsində 7-8mm, Maştağada 3mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-77%, Gəncə-Daşkəsəndə 52%, Qazax-Tovuz bölgəsində 53-74%, Qarabağda 57-61%, Naxçıvanda 54%, Maştağada 67%, Lənkəran-Astara bölgəsində 59-76%, Mil-Muğanda 54-64%, Şəki-Zaqatalada 48-66%, Quba-Xaçmaz bölgəsində 55-69%, Mərkəzi Aranda 57-59% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan və Qazax-Tovuzda 4-8 hPa, Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində 5-8hPa, Şəki-Zaqatala və Mil-Muğan bölgələrində 7-11 hPa, Mərkəzi Aran və Naxçıvanda 9 hPa, Qarabağda 9-10 hPa, Maştağada 6 hPa, Gəncədə 11 hPa olmuşdur.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün küləyin maksimum sürəti Maştağada 35 m/san, Goranboyda 32 m/san, Gədəbəy və Naxçıvanda 18 m/san , 5 gün Mərəzədə 22 m/san, 3 gün Tovuz və Gəncədə 24m/san, 2 gün Bərdə-Tərtərdə 25 m/san, Yardımlıda 16 m/san, 1 gün Balakəndə 24 m/san, Beyləqan və Ceyrançöldə 20 m/san, Sabirabadda 17 m/san Xaçmaz və Şəkidə 15 m/san qeydə alınmışdır.
Payızlıq dənli bitkilərdə Gəncədə kollanma ,Göyçay, Zərdab, Bərdə, Şəki, Qəbələ, Mərəzə, Xaçmazda buğumbağlama, Sabirabad, Beyləqan, Cəfərxan, Yardımlı, Tərtər, Oğuz, Zaqatala , İmişli, Quba və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında ilk yarpaqların açılması, Qəbələ ,Şəki, Tərtərdə alma, armud ağaclarında qönçələrin aralanması, Zaqatalada çay kollarında tumurcuqların açılması, Göyçayda tutda üçüncü yarpağın açılması, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə tumurcuqların və ilk yarpaqların açılması mərhələləri qeydə alınmışdır. Gəncə, Tovuz, Cəfərxan, Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi davam etmiş, bitkilərin boyu 26-43 sm təşkil etmişdir. Hava şəraiti kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuşdur.
Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 4-5°C yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 13,4ºC, Mərkəzi Aran , Mil-Muğan və Qarabağ bölgələrində 15-18⁰C, Lənkəran-Astara bölgəsində 14-16ºC, Quba-Xaçmazda 12-13ºC, Şəki-Zaqatalada 15-16⁰C, Dağlıq Şirvan bölgəsində 12ºC, Gəncə-Daşkəsəndə 16-17ºC, Qazax-Tovuzda 10-14⁰C, Naxçıvanda 13,8ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəy, Mərəzə və Naxçıvanda 2ºC,Cəfərxan və Şamaxıda 4ºC,Tovuz, Ceyrançöl, Qəbələdə 5ºC, Maştağa və Şəkidə 6ºC, Zaqatala ,Gəncə, Zərdab və Astarada 7ºC, Acınohur və Göyçayda 8ºC, Bərdədə 9ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda -2ºC, Şəki-Zaqatalada 1ºC,Tovuz və Mərəzədə 2ºC, Maştağa,Cəfərxan, Ceyrançöldə 3ºC, Gəncədə 4ºC, Göyçayda 7⁰C, qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Astara, Qazax, Gədəbəydə 12 mm, Göyçay,İsmayıllı və Lənkəranda 9 mm, Şəki –Zaqatala bölgəsində 7-8mm, Maştağada 3mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-77%, Gəncə-Daşkəsəndə 52%, Qazax-Tovuz bölgəsində 53-74%, Qarabağda 57-61%, Naxçıvanda 54%, Maştağada 67%, Lənkəran-Astara bölgəsində 59-76%, Mil-Muğanda 54-64%, Şəki-Zaqatalada 48-66%, Quba-Xaçmaz bölgəsində 55-69%, Mərkəzi Aranda 57-59% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan və Qazax-Tovuzda 4-8 hPa, Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində 5-8hPa, Şəki-Zaqatala və Mil-Muğan bölgələrində 7-11 hPa, Mərkəzi Aran və Naxçıvanda 9 hPa, Qarabağda 9-10 hPa, Maştağada 6 hPa, Gəncədə 11 hPa olmuşdur.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün küləyin maksimum sürəti Maştağada 35 m/san, Goranboyda 32 m/san, Gədəbəy və Naxçıvanda 18 m/san , 5 gün Mərəzədə 22 m/san, 3 gün Tovuz və Gəncədə 24m/san, 2 gün Bərdə-Tərtərdə 25 m/san, Yardımlıda 16 m/san, 1 gün Balakəndə 24 m/san, Beyləqan və Ceyrançöldə 20 m/san, Sabirabadda 17 m/san Xaçmaz və Şəkidə 15 m/san qeydə alınmışdır.
Payızlıq dənli bitkilərdə Gəncədə kollanma ,Göyçay, Zərdab, Bərdə, Şəki, Qəbələ, Mərəzə, Xaçmazda buğumbağlama, Sabirabad, Beyləqan, Cəfərxan, Yardımlı, Tərtər, Oğuz, Zaqatala , İmişli, Quba və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında ilk yarpaqların açılması, Qəbələ ,Şəki, Tərtərdə alma, armud ağaclarında qönçələrin aralanması, Zaqatalada çay kollarında tumurcuqların açılması, Göyçayda tutda üçüncü yarpağın açılması, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə tumurcuqların və ilk yarpaqların açılması mərhələləri qeydə alınmışdır. Gəncə, Tovuz, Cəfərxan, Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi davam etmiş, bitkilərin boyu 26-43 sm təşkil etmişdir. Hava şəraiti kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuşdur.
Aprel ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində aprel ayının ikinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın və qeyri-sabit hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 13ºC, Mərkəzi Aran , Mil-Muğan və Qarabağ bölgələrində 15⁰C, Lənkəran-Astara bölgəsində 13-15ºC, Qubada 12,5ºC, Şəki-Zaqatalada 13-15⁰C, Dağlıq Şirvan bölgəsində 12ºC, Gəncə-Daşkəsəndə 14-15ºC, Qazax-Tovuzda 9-13⁰C, Naxçıvanda 14.2ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəydə -2ºC, Ceyrançöl, İsmayıllı və Naxçıvanda 1ºC, Tovuz və Şamaxıda 2ºC, Mərəzə, Zaqatala, Quba və Qəbələdə 3ºC, Gəncə, Qazax, Lənkəran və Şəkidə 4ºC, Cəfərxan, Zərdab, Bərdədə 6ºC, Maştağa və Göyçayda 7ºC, Astara və Acınohurda 9ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda -3ºC, Zaqatalada -1ºC, Tovuz və Lənkəranda 0ºC, Gəncə, Ceyrançöl və Goranboyda 1ºC, Şəkidə 2ºC, Cəfərxan 4ºC, Maştağada 5⁰C, Göyçayda 7⁰C qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 8-10 mm, Qazax-Tovuz bölgəsində 5-6 mm, Gədəbəy və Qubada 3 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 55-58%, Gəncə-Daşkəsəndə 60%, Qazax-Tovuz bölgəsində 65-69%, Qarabağda 57-61%, Naxçıvanda 47%, Maştağada 71%, Lənkəran-Astara bölgəsində 60-78%, Mil-Muğanda 60-66%, Şəki-Zaqatalada 54-61%, Qubada 52%, Mərkəzi Aranda 55-78% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan Qazax-Tovuz və Quba bölgələrində 6-7 hPa, Lənkəran-Astara bölgəsində 4-7 hPa, Şəki-Zaqatala və Qarabağda 7-8 hPa , Mil-Muğan və Mərkəzi Aran bölgələrində 4-9 hPa, Naxçıvanda 10 hPa , Maştağada 5 hPa, Gəncədə 7 hPa olmuşdur.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4-6 gün küləyin maksimum sürəti Bərdə-Tərtərdə 36-40 m/san, 5-7 gün Gəncə və Goranboyda 33-34 m/san, 2-4 gün Tovuz və Zərdabda 28 m/san, 1-2 gün Gədəbəy və Maştağada 23-24 m/san, 3 gün Göyçayda 22 m/san, 2-5 gün Beyləqan, Sabirabad, Şəki və Naxçıvanda 20 m/san qeydə alınmışdır. Toz-tufanlı günlərin sayı 4 gün Tərtərdə, 2 gün Bərdə, Gəncə və Naxçıvanda, 1 gündə Sabirabad və Goranboyda müşahidə olunmuşdur.
Payızlıq dənli bitkilərdə İsmayıllı,Gəncə,Tovuz və Bərdədə buğumbağlama, Beyləqan, Cəfərxan, Yardımlı, Tərtər, Oğuz, Goranboy , Naxçıvan, Zərdab, Göyçay və Mərəzədə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında ilk yarpaqların açılması davam etmiş, çiçəklənmənin sonu, meyvələrin formalaşması, Zaqatalada çay kollarında ilk yarpağın açılması, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə tumurcuqların və ilk yarpaqların açılması mərhələləri qeydə alınmışdır.Pambıqçılıq rayonlarında Cəfərxan, Sabirabad, İmişli çiyidin, Beyləqanda , bostan və tərəvəz bitkilərindən Cəfərxan və İmişlidə qarpızın, Qubada isə kartof bitkisinin səpin işləri aparılmışdır. Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi davam etmiş, bitkilərin boyu 30-48 sm təşkil etmişdir.Kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərindən Biləsuvarda alaqlanma ilə mübarizədə kimyəvi dərmanlama, Beyləqanda suvarılma işləri aparılmışdır..

Aprel ayının 3-cü dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində aprel ayının üçünçü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 3-4ºC yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 18.3ºC, Mərkəzi Aran , Mil-Muğan və Qarabağbölgələrində 18-19⁰C, Lənkəran-Astara bölgəsində 15-18ºC, Qubada15ºC,Şəki-Zaqatalada17-19⁰C,Dağlıq Şirvan bölgəsində 13-15ºC, Gəncə-Daşkəsəndə və Naxçıvanda 18ºC, Qazax-Tovuzda 13-18⁰C təşkil etmişdir.
Havanın minimum temperaturu Mərəzə, Gədəbəydə 5ºC, Quba və İsmayıllıda 6ºC, Lənkəran və Ceyrançöldə 7ºC, Maştağa,Gəncə,Tovuz, Göytəpə və Naxçıvanda 8ºC, Cəfərxan, Zərdab, Şəki, Şamaxı və Bərdədə 9ºC, Göyçay və Zaqatalada 10ºC, Astara və Acınohurda 11-12ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Mərəzədə 4ºC, Maştağada 5⁰C,Tovuz, Şəki və Naxçıvanda 6ºC,Zaqatalada 7ºC, Cəfərxanda 8ºC,Gəncədə 9⁰C, Göyçayda 10ºC qeydə alınmışdır.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 41-64mm,Yardımlıda 12 mm, Gədəbəydə 5 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 60-73%, Gəncə-Daşkəsəndə64%, Qazax-Tovuz bölgəsində 54-70%, Qarabağda 62-65%, Naxçıvanda 55%, Maştağada 68%, Lənkəran-Astara bölgəsində 72-85%, Mil-Muğanda 59-69%, Şəki-Zaqatalada62-65%,Qubada 67%, Mərkəzi Aranda59-63% təşkil etmişdir.
Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 3-7 hPa, Şəki-Zaqatalada 8-9hPa, Dağlıq Şirvanda 6-8hPa, Gəncədə və Qarabağ bölgəsində9-10 hPa, Mil-Muğanda 8-10hPa, Mərkəzi Aran və Naxçıvanda 10-11 hPa,Maştağada 7 hPa, Qubada 6 hPa, Qazax-Tovuzda 5-10hPaolmuşdur.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün küləyin maksimum sürəti Goranboyda 24 m/san, 1 gün Maştağada 25 m/san, Balakəndə 20 m/san,Şəkidə 15 m/san, Biləsuvarda 16 m/san müşahidə olunmuşdur.
Havanın orta temperaturunun çoxillik iqlim normasından yüksək olması payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuş, lakin yağıntısız hava şəraiti suvarmaya ehtiyac yaratmışdır. Bərdə, Gəncə,Yardımlı,Oğuz, İsmayıllı və Mərəzədə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam etmiş, İmişli, Cəfərxan, Beyləqan, Zərdab,Göyçay, Biləsuvar, Goranboy,Tərtər, Şəki, Zaqatalada sünbülləmə, Sabirabad və Göytəpədə çiçəkləmə mərhələləri qeydə alınmışdır. Sünbülləmə mərhələsindəölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 960-1000 ədəd, 1 m2 sahədə gövdələrin ümumi sayı 400-606, sünbüllü gövdələrin ümumi sayı 340-514, bir sünbüldə sünbülçüklərin cəm sayı 171-273 ədəd təşkil etmiş, dekadanın sonunda bitkilərin boyu 83-94 sm olmuşdur.
Beyləqan, Bərdə, Gəncədə çiyidin səpini davam etmiş,Cəfərxan, Sabirabad, Goranboy və Tərtərdə göyərmə mərhələsi müşahidə edilmişdir.
Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəkləmənin sonu, meyvələrin böyüməsi, Lənkəran-Astara bölgəsində feyxoa, naringi və çay kollarında ilk yarpaqların açılması mərhələsi qeydə alınmışdır.
Temperatur şəraiti sahələrdə tərəvəz şitillərinin basdırılması,bitkilərin növbəti mərhələyə keçməsiüçün əlverişli olmuşdur. Şəki-Zaqatala bölgəsində qarğıdalı toxumunun səpini aparılmış, dekadanın sonunda bitkidə cücərmə mərhələsi qeydə alınmışdır. Göytəpədə kartofda hamaşçiçəklərin çıxması müşahidə edilmişdir.Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması mərhələləri davam etmiş, Zaqatala və Cəfərxanda 1-ci biçindən sonra yoncanın boy atması,Şəkidə isə bitkilərn zərərvericilərlə zədələnməsi qeydə alınmışdır.