Tərtərçay Kiçik Qafqazda axan xırda çay və bulaqların qovuşmasından yaranıb. Tərtəçayın mənbəyi 3120 m yüksəklikdədir. Çayın uzunluğu 200 km-dir. Kəlbəcər, Tərtər və Bərdə rayonları ərazisindən axıb Kür çayına tökülür. Məntəqə üzərində hidroloji müşahidələr 1949-cu ildən 1993-cü ilə qədər aparılmışdı. 2022-ci ildə Dövlət investisiya layihəsi hesabına avtomat stansiya quraşdırılmışdır.

Çayın faktiki məlumatlarına aşağıdakı linkdə baxa bilərsiniz.

http://azhydromet.port-log.net:23000/live/History.php?Dataset=8&Site=23105&Chart=Time%20Series&Start=2023-01-11&Period=7