Quruçay Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq yamacında 2320 m hündürlükdən başlayır. Xocavənd və Füzuli rayonları ərazisindən axıb Araz çayına tökülür. Çayın uzunluğu 82 km -dir. Məntəqə üzərində hidroloji müşahidələr 1933-cü ildən 1987-ci ilə qədər aparılmışdı. 2022-ci ildə isə Dövlət investisiya layihəsi hesabına avtomat stansiya quraşdırılmışdır.


Çayın faktiki məlumatlarına aşağıdakı linkdə baxa bilərsiniz.

http://azhydromet.port-log.net:23000/live/History.php?Dataset=8&Site=23106&Chart=Time%20Series&Start=2023-01-11&Period=7