Oxçuçay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından 3285m yüksəklikdən götürür. Çayın uzunluğu 85 km–dir. Zəngilan rayonu ərazisinə daxil olduqdan sonra Araz çayına tökülür. Məntəqə üzərində hidroloji müşahidələr 1978-ci ildən 1987–ci ilə qədər aparılmışdı. Dövlət investisiya layihəsi hesabına avtomat stansiya 2022-ci ildə quraşdırılmışdır.


Çayın faktiki məlumatlarına aşağıdakı linkdə baxa bilərsiniz.

http://azhydromet.port-log.net:23000/live/History.php?Dataset=8&Site=23111&Chart=Time%20Series&Start=2023-01-11&Period=7