18 Yanvar 2022, 12:47
Yanvarın 19-da gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.