18 Dekabr 2021, 11:43

Dekabrın 19-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
 
 
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcəck.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 7-12° isti olacaq.