Noyabrın 22-si saat 10:00-a olan faktiki hava

22 Noyabr 2026, 10:40

Noyabrın 22-si saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 22-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı:
Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux, Mingəçevirdə 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.