Avqustun 12-si saat 16:00-a olan faktiki hava

12 Avqust 2026, 17:00

Avqustun 12-si saat 16:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.