11 Avqust 2026, 11:50
Avqustun 11-i saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 11:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl, Naxçıvanda 1 mm-dir.
Avqustun 10-da bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 m/s-yə çatıb.
Haqqımızda