İyulun 30-u saat 15:00-a olan faktiki hava

30 İyul 2026, 15:23

İyulun 30-u saat 15:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 15:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17, Goranboyda cənub-qərb küləyinin maksimal sürəti 19, Naftalanda isə 18 m/s təşkil edir.