İyunun 27-si saat 15:00-a olan faktiki hava

27 İyun 2026, 15:24

İyunun 27-si saat 15:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad, Neftçalada arabir şimşək çaxır, yağış yağır.