Mayın 26-sı saat 16:00-a olan faktiki hava

26 May 2026, 16:25

Mayın 26-sı saat 16:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.