22 Aprel 2026, 17:35
Hidrometeoroloji təhlükəsizliyin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla onlayn görüş keçirilib
Hidrometeoroloji təhlükəsizliyin artırılması və təhlükəli hava hadisələrinə dair xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən aidiyyəti qurumların iştirakı ilə onlayn görüş təşkil olunub.
Görüş zamanı iqlim dəyişmələrinin yaratdığı yeni çağırışlar fonunda Erkən Xəbərdarlıq Sistemlərinin effektivliyinin artırılması, məlumat mübadiləsinin optimallaşdırılması, eləcə də xəbərdarlıqların vaxtında qəbulunun insan həyatı və infrastruktur obyektlərinin qorunması baxımından əhəmiyyəti müzakirə olunub.
Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji risklərin idarə olunmasında operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsinin əsas prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.
Tədbir çərçivəsində qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə məsul əlaqələndirici şəxslər üçün məlumatların ötürülməsi sisteminin yenilənməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi və institusional əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflər irəli sürülüb.
Haqqımızda