Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

29 Mart 2026, 13:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti martın 30-u axşam, 31-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.