Martın 28-i saat 17:00-a olan faktiki hava

28 Mart 2026, 17:40

Martın 28-i saat 17:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin martın 28-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.