Martın 27-si saat 17:00-a olan faktiki hava

27 Mart 2026, 17:02

Martın 27-si saat 17:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 17:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.

28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.