07 Mart 2026, 12:12

Martın 8-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.