XƏBƏRDARLIQ

18 Fevral 2026, 19:04

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.