30 Sentyabr 2021, 12:15
Oktyabrın 01-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütuna yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8°, gündüz 8-12° isti olacaq.