Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

27 Dekabr 2025, 14:30

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.