XƏBƏRDARLIQ

26 Dekabr 2025, 17:20

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.