13 Dekabr 2025, 12:55
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.